Orijinal adı: «Education Glossary»


Yaş ekvivalenti (Age equivalent) -



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə89/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   84   85   86   87   88   89   90   91   92
KİTAB Təhsil lüğəti

Yaş ekvivalenti (Age equivalent) - Standart testdə ümumən yaş həddini bildirən törəmə bal 
göstəricisi. Həmin testdə imtahan 
edilən
müəyyən bal toplayır. Məsələn, oxu bacarığı üzrə konkret 
testdə qiymət 45 bal olarsa, bu 8,5 «yaşa uyğun bal göstəricisi» deməkdir (bax: sinif ekvivalenti).
Yaşlıların təhsili (Adult education) – Fasiləsiz təhsil sisteminin tərkib hissəsi olmaqla, 
vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyişikliklərə uyğunlaşmasını təmin 
etmək məqsədilə çevik tədris proqramları əsasında həyata keçirilən təhsil prosesi. Yaşlıların 
təhsilinin hədəf qrupu artıq yetkinlik yaşını keçmiş, müəyyən həyat təcrübəsi və bir çox hallarda 
peşəsi olan insanlardır. Bu təhsil sahəsinin elmi əsaslarını öyrənən andraqogika elmi yaşlıların 
təhsilinin hədəf qrupunun xüsusiyyətlərini nəzərə alan xüsusi metodika və didaktikaya
malikdir. 
Avropa ölkələrində yaşlıların təhsili insanların davamlı məşğulluğunu və fəal vətəndaş mövqeyini 
təmin edən təhsil sistemi kimi qəbul edilmişdir. Yaşlıların təhsili ilə ənənəvi təhsil arasında müəyyən 


- 53 - 
fərqlər mövcuddur. Ənənəvi təhsil sisteminin vəzifəsi cəmiyyət üçün layiqli vətəndaş və iqtisadiyyat 
üçün lazımi kadr hazırlamaqdırsa, konkret olaraq yaşlıların təhsilinin vəzifəsi artıq ənənəvi təhsil 
sistemindən çıxmış vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyişikliklərə 
uyğunlaşmasını təmin etməkdir. Bu təhsilin daha bir spesifik əlaməti isə androqoji prinsiplərə 
əsaslanan çevik tədris proqramları vasitəsilə həyata keçirilməsidir. Yaşlıların təhsili prosesinə 
aşağıdakı sosial-demoqrafik qruplar cəlb edilə bilər: əmək funksiyalarının məzmununda baş vermiş 
dəyişikliklər və yeniliklərlə əlaqədar ixtisasartırma və ixtisasdəyişməyə cəlb edilən peşəkar əmək 
sahəsi işçiləri; şəxsi təsərrüfat və fərdi əmək fəaliyyəti ilə məşğul olanlar; məşğuliyyət sahəsi və ya 
peşəsini dəyişmək fikrində olan şəxslər; uzunmüddətli fasilədən sonra, o cümlədən analıq 
məzuniyyətindən sonra peşəkar əmək fəaliyyətinə qayıdanlar; müstəqil həyata yeni başlamış 
mütəxəssislər; peşəsi olmayanlar; yeni peşəyə yiyələnməyə və ya ixtisasını artırmağa ehtiyacı olan 
işsizlər; hərbi xidmətdən tərxis olunanlar; həbsdə olanlar və keçmiş məhbuslar; məcburi köçkün və 
qaçqınlar; adi şəraitdə tədris materiallarını qavraya bilməyən və sağlamlığı məhdud olan şəxslər; 
müxtəlif səbəblərdən yeni sosial-mədəni şəraitə uyğunlaşmağa məcbur olan şəxslər; şəxsi 
keyfiyyətlərini inkişaf etdirmək və ya bilik dairəsini genişləndirmək arzusunda olan şəxslər və s. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin