Yayındırıcı variant (Distractor) – Seçim üçün müxtəlif cavab variantları təqdim edən, yaxud iki
əks cavab üzrə (Doğru, Yanlış) yerinə yetirilən tapşırıqda doğru olsa da, səhvən yanlış hesab edilən
cavablardan hər hansı biri; bəzən “yanlış yol”, “alternativ”, yaxud “variant” da adlandırılır.
Yeni / Təzə müəllim (New teacher) - Pedaqoji məktəbi yenicə bitirmiş, tanışlıq, sınaq və
peşəkarlığın
erkən inkişaf dövrünü keçən şəxs.
Yerinə yetirmə standartı (Performance Standard) - Təhsil alanın müəyyən məharət
səviyyəsini
təsdiqləməsi üçün tələb olunan davranış və ya hərəkətləri nümayiş etdirməsi.
Yerli normalar (Local Norms) - Məhdud seçmə tapşırığının yerinə yetirilməsinin orta, yaxud
adi nəticələrini göstərən test qiymətlərinin diapazonu.
Yerli Təhsil Оrqanları (Local Education Authority - LEA) – Konkret regionda icbari təhsil
və təhsilin növbəti mərhələləri üçün məsul olan səlahiyyətli orqanlar. UNESCO_(UNESCO)'>YUNESCO (UNESCO) – BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı. 16 noyabr 1945-ci
ildə yaradılmış bu təşkilatin nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr
1946-cı ildə qüvvəyə minmişdir. YUNESCO - nun tərkibinə dünyanın müxtəlif regionlarında
yerləşən 67 büro və altbölmələr daxildir. Hazırda 191 ölkə bu təşkilatın üzvüdür. Mərkəzi Parisdə
yerləşən və Ümumi Konfrans, İcra Şurası, Katiblik olmaqla üç orqanı özündə birləşdirən YUNESCO təhsil, elm və mədəniyyət sahələrində irəli sürdüyü məqsədləri, üzv dövlətlərdə qurulmuş Milli
Komissiyalar vasitəsilə reallaşdırmağa çalışır. YUNESCO-nun əsas məqsədi – irqi, milli
mənsubiyyəti, cinsi, dili və dinindən asılı olmayaraq təhsil, elm və mədəniyyət sahələrində xalqların
əməkdaşlığını genişləndirmək yolu ilə sülh və təhlükəsizliyin möhkəmlənməsinə kömək
göstərməkdən ibarətdir. Bu təşkilat Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut vasitəsilə təhsil
planlaşması, kurikulumun inkişafı ilə də məşğul olur. YUNESCO ibtidai, orta və ali təhsil sahəsində
beynəlxalq araşdırmaları istiqamətləndirərək təhsilin inkişafına kömək göstərir və dünya ölkələrinin
təhsil sistemlərinin illik statistik icmallarını nəşr etdirir.