Orijinalini görmek için tıklayınız : Azerbaycan Adet-Enene



Yüklə 77,39 Kb.
səhifə13/14
tarix10.01.2022
ölçüsü77,39 Kb.
#107590
1   ...   6   7   8   9   10   11   12   13   14
Azeribalasi

17.05.11, 00:38

Yas mərəsimi

Ölüdüşən gündən başlayaraq bəzi yerlərdə üç gün ərzində həmən evə bütün qohum - əqraba, yaxın – tanış biliş və qohum qonşu yas çörəyi gətirirlər, buna acı çörək də deyirlər. Bundan əlavə kimi qənd, kimi çay, kimi düyü gətirir, kimi də pul verir. Lakin kömək üçün nə gətirilirsə, yalnız tək sayda gətirilir. Əgər müəyyən şəxs qənd aparırsa, ya 1 kiloqram, ya da ki, 3 kiloqram aparmalıdır və yaxud da ki, pul verən adam ya onbir, ön üç, əlli üç və s. bu formada kömək göstərilir. Deməli üç gün adam ölən evdə qazan qaynamamalı, xörək bişməməlidir. Sonra üçüncü gün onun üçü verilir ki, bu ehsanda da əsasən qəbirqazanlar və yaxın qonum – qonşular iştirak edirlər. Qırxı tamam olana kimi hər cümə axşamı quran oxunur. Cümə axşamları hüzr yerinə gələnlər yenə də kömək naminə çay, qənd və pul gətirirlər.


Dördüncü gün ölən adamın paltarları, yatdığı yorğan – döşək yuyulub təmizlənir. Ölənə yaxın qohumları qırx gün yas saxlayırlar. Heç bir toya, şadlığa getmirlər.
Həftə tamam olanda onun yeddisini verirlər. Yeddi veriləndə mütləq bir heyvan kəsilir, müəyyən xörəklər hazırlanır. Yemək yiyilib qurtarandan sonra molla ölən adamın ruhu üçün quran oxuyur. Lakin bəzəndə mal və yaxud qoyun kəsilmir, əvəzində halva qovrulur. Quran oxunub qurtarandan sonra ehsana gələn hər bir kəsə həmin halvadan müəyyən qədər pay, bir də sağ təndir çörəyi verilir. Ehsanda çalınmış halva hüzrə gələn adamların hamısına paylanır. Yeyəndə hökmən Allah qəbul eləsin deməlidirlər. Yeddisindən sonra qırxı verilir. Qırxında həm heyvan kəsilir, həm də halva qovrulur. Müxtəlif yeməklər hazırlanır. Yeyirlər, öləni yad edirlər. Yemək yeyib qurtarandan sonra molla quran oxuyur, dua verir. Sonra ev yiyəsi hamı üçün qovrulmuş halvadan pay bir dənə də sağ təndir çörəyi verib yola salır. Qırxı verilən günə kimi, həmin evdə qırx gün gecə - gündüz işıq yanmalıdır. Çünki deyilənlərə görə ölənin ruhu hər gecə gəlin evini, ailəsini yad edir.
Sonra məhrumun “əlli iki” gecəsi verilir. Bu ehsan ondan ötrü verilir ki, həmən gün ət sümükdən ayrılır.
Ən nəhayət, bir il tamam olanda məhrumun ili verilir. İlində də heyvan kəsilir, müxtəlif yeməklər hazırlanır. İl böyük ehsan olduğu üçün kəndin bütün adamları bu ehsana çağrılır.
Bütün bunlardan əlavə ilin ən əziz günlərində və bayramlarda qohum - əqrəba ölünü yad etmək üçün qəbir üstə gedib kimi şam yandırır, xörək, gül (cüt sayda), su və s. məhruma bayram gətirirlər. Bir də qara bayramlarda yumurta gətirmək adəti var ki, onu da qara rəngə boyayırlar. Onda guya ölünün ruhu şad olur və həmin şəxslər özlərinə savab qazanırlar.


Yüklə 77,39 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin