Azeribalasi
17.05.11, 00:39
Zinət əşyaları
Azərbaycanın zərgər ustalarının zərgərlik məmulatlarını öz tə”yinatına görə 1 neçə qrupa ayırmaq olar: kəmərlər, baş üçün, sinə üçün, boyun üçün, əl üçün, paltar, silah və heyvanlarçün bəzək əşyaları. Bundan başqa, ayrıca əşyaların (suvenirlərin) hazırlanması da həmçinin zərgərlərin işinə aiddir. Baş üçün bəzəklərə, öz növbəsində, alın, qulaq və hörüklər üçün bəzəklər, o cümlədən çut qabağı, təsək qabağı, qabaqlıq, çutqü qabağı, çənəaltı, qarmaq, sırğa, qıraqlıq (dinqə baş geyiminin kənarlarına tikilirdi); döşə taxılan bəzəklərə - ən bahalı və çox həfis, iri ay-ulduz (imarət) adlı zinət əşyası (şəhərlərdə geniş yayılmışdı, müxtəlif texniki üsullar tətbiq etməklə qızıldan hazırlanırdı və qiymətli daşlarla bəzədilirdi), sonra saç üçün bəzək sancaqları və s.; boyun zinət əşyalarına – müxtəlif dəyərdə (məziyyətdə) boyunbağılar; əl (qol) üçün zinət əşyalarına – bilərziklər, müxtəlif üzüklər, qaşlı üzüklər aiddir. Qolbaqlar, digər növ zinət əşyaları kimi geniş rəngarəngliyi ilə seçilirdi. Kəmərlər də öz nəfis-ornamental xüsusiyyətləriylə süçilirdi. Bu sənət sahəsində lokal fərqlər müvcud idi ki, bunu etnoqrafik dəlillər də təsdiqləyir. Iki fakta müraciət edək. Gəncə-Qazax zonasında zərgərlər 4 növdə kəmər hazırlayırdı. Şəki-Zakatala zonasında müxtəlif növ gümüş və digər kəmərlər geniş yayılmışdı. Bundan başqa, Azərbaycan zərgərləri hər yerdə yayılmış digər kəmərlər hazırlayırdı: taxta kəmər (3 hissəli), təkbənd (birqarmaqlı), düzmə kəmər, çanqar kəmər, girvənkə toqqa, suvadaq toqqa, çilik toqqa, sallama toqqa və s. Qadın kəmərləri 3 cərgə gümüş sikkə dəyərində bəzədilirdi, lakin elə kəmərlər var idi ki, aşağıdakı sikkələrdən qısa və nazik qarmaqçıqların köməyilə gümüş abbasılar da asılırdı. Onlar sərbəst şəkildə sallanaraq yeriyərkən və ya rəqs zamanı cingildəyirdi. Ümumiyyətlə, Azərbaycanda kəmərlər qarmaqlalın, çarpazların köməyilə iri (ağır) toqqalarla bağlanırdı. Kəmərlər cehizin əsas ünsürlərindən biri kimi gəlinin valideynləri tərəfindən verilən mütləq hədiyyə idi. Mövcüd adətlərə görə qızlar kəmər taxmırdı, amma ərə gedən hər bir qızın kəməri var idi, belə ki, ərə getdikdən sonra onu taxmalı idi. Kəmərlər təkçə əməli (tətbiqi) baxımdan əhəmiyyətli deyildi, həm də onun daşıyıcılarının sosial mövqeyini əks etdirirdi. Bundan başqa, onların dini-sehrli əhəmiyyəti var idi.
Qadın geyiminin bəzəkləri müxtəlif sancaqlar, düymələr, həmçinin işləmə (bəzək vurmaq) üçün nəzərdə tutulmuş üst geyim və köynəklərin yaxaları, ətəkləri, qolları, “dingə” baş geyimindən ibarət idi. Kişilərdə geyim üçün bəzəklər yalnız vəznə və düymələrdən, varlılar və feodal aristokratiyasında isə baş geyimi (çalma və s.), paltar, kəmər və ayaqqabı üçün bəzəklərdən ibarət idi. Sifarişçinin tələbinə görə zərgər qabaqcadan nəzərdə tutulmuş lokal (yerli) ən”ənələr çərçivəsində əşyanın çoxsaylı detallarını dəyişdirə və ya müxtəlif şəklə sala bilər; həmçinin öz rəyinə əsaslanaraq element (ünsür) və detalların lazimi əhənglərini seçə bilər. Azərbaycanlılarda xalq arasında zərgərlik məmulatlarının belə böyük rəngarəngliyini bununla izah etmək olar, bu da onları hazırlayanların fərdi ustalığına dəlalət edir.
Zinət əşyalarından danışarkən, iki səciyyəvi məqamı nəzərə almaq lazımdır: əvvəla, zinət aşyaları nəsildən nəslə (irsən) keçib, ikincisi, onların hər bir ailədə mövcudluğu, materialdan (qızıl, gümüş və s.) asılı olmayaraq, əhəmiyyətli idi. Qızıl və bahalı zinət əşyaları şəhər ailələri üçün səciyyəvi idi, burada hər bir qadın üçün sırğalar, üzüklər, boyunbağılar, boyun üçün muncuqlu bəzək əşyaları zəruri hesab olunurdu.
Inqilabaqədərki Azərbaycanda bəzək əşyalarının taxılmasında yaş baxımından bölğü mövcud idi, Azərbaycanda bəzək əşyalarını qızlar 3-4 yaşından başlayaraq taxırdılar, amma hesab edilirdi ki, onlar belə erkən yaşda “pis gözdən” (“bədnəzər”dən) qorunmaq funkdiyasını yerinə yetirir. Bu bəzək əşyalarını – muncuqları (“göz muncuğu”) geyimlərin çiyin hissələrinə, tübətəykə ( araqçına) tikirdilər, körpələrin boyunlarına və ya qoluna taxırdılar. Daha bir vacib uşaq zinəti sədəf düymələr idi. Erkən yaşda qızların qulaqlarını deşirdilər və qulağa nazik sap taxırdılar, bir qədər sonra isə sapa bir və ya 2 muncuq keçirirdilər. Uşaqları “cinlərdən”, “pis gözdən” qorumağa can ataraq, müxtəlif növ həmayillərdən (dağdağan [karkas/daş ağac]}, heyva ağacından, dəridən, parça qırıntıları və s.) geniş istifadə edirdilər ki, onlar həm də bəzək əşyası rolunu oynayırdı. Həmçinin yaşca daha böyük (14-15 yaşadək), eləcə də nigaha artıq daxil ola biləcək qızlar (16-17 yaşdan sonra) üçün də bəzək əşyaları mövcud idi. Bu bövrdə bəzək əşyalarının sayı artır; bə”zi ailələr (sifariş və ya almaqla) toya təzəgəlinçün əlavə zinət əşyaları da əldə edirdilər. Gəlinin zinət kompleksinə üzüklər, sırğalar, döşçün zinət, bilərziklər, boyunbağılar, bir neçə cərgə muncuq, baş üçün bəzək daxil idi.
Ilk uşağın anadan olmasından sonra gənc qadın eyni zamanda bir neçə zinət taxa bilməzdi, çünki hesab edilirdi ki, o, daha sadə geyimdə olmalı və öz toy zinətlərindən bir-iki sini taxmalıdır. Ərə getmiş, 2-3 və daha çox uşağı olan gənc qadınların zinəti də 45-50 yaşında olan qadınların zinət əşyalarından fərqlənirdi. Adətən bu yaşda müxtəlif zinətlərin taxılması minimuma endirilir – yalnız sırğa, üzük qalır; baş və döş üçün zinətlər yox olur, saçlar xüsusi örtükdə gizlədilir, başa çutqa sarğısı taxırdılar. Beləcə, hər yaş qrupuna aid qadınlar üçün müəyyən zinət əşyaları qrupu müvafıq idi (qızlar, qız-gəlinlər, cavanlar, ana-qadınlar, yaşlı qadınlar).
Qadının həyatında bir neçə dövr olurdu ki, o zaman zinət taxmirdi: dini mərasim günlərində (yas); ölənə 40 gün hüzr saxlayarkən. Estetik təyinatdan başqa, zinət əşyalarının taxılması təntənə, sevinc rəmzi idi, göstərilən bu dövrlərdə isə qadınlar elə bil tinətlə bağlı bütün sevinclərdən uzaq düşürdü. Qadınlar həmçinin doğuşdan sonra ilk qırx gün ərzində (“çillə/qırx” hərf qırx) zinət taxmırdı. Bizim araşdırdığımız etnoqrafik mənbələrdən aydın olur ki, Azərbaycanda zərgərlik mə”mulatları bir neçə funksiya yerinə yetirirdi:
1. Müstəqil, sərbəst zinətlər, o cümlədən geyim dəstliylə bağlı olmayan. Onlar müstəqil bədii-dekoratif, ehtimal ki, ilkin olaraq, həm də dinisehrli funksiyalar daşıyırdı (üzüklər, qolbaqlar, qaşlı üzüklər). Onları həmişə taxırdılar.
2. İkinci qrup zinətlər utilitar (tətbiqi) funksiya daşıyırdı, geyimin müəyyən dəstinə və ya ayrı-ayrı ünsürlərinə uyğun gəlirdi. Bu toqqalar, piləklər, alın və gicgah üçün bəzək əşyaları, saç (hörük) üçün bəzəklər, eləcə də kəmər və çənəaltı (qarmaq) [“dingə” baş geyimini saxlamaqçün] idi.
3. Üçüncü qrup bəzək əşyalarının qadın kostyumunun müəyyən dəstiylə tarixi əlaqəsi olmasa da, estetik funksiyanı yerinə yetirirdi. Bu tip zinətlər kostyuma bədii – dekorativ cəhətdən tamamlanmış görkəm verirdi. Bura sırğaları, döş üçün zinətləri, boyunbağı və müxtəlif muncuqları aid etmək olar.
4. Dördüncü qrup bəzək əşyalarına tətbiqi rol oynamaqla yanaşı, eyni zamanda üst geyimin bəzədilməsi üçün istifadə olunan zinətlər daxil idi. Bu məqsədlə müxtəlif dəyərdə sikkələrdən (gümüş və qızıl) “arpa”, muncuq (biser), güləbatın naxış (tikmə), “bafta”, “qara göz”dən istifadə olunur.
Varlı və yoxsul sakinlərin zinət əşyalarının növləri arasında fərq yox idi, amma varlı qadınların zinətləri bahalığı, onlarda qiymətli daşların istifadə olunması və onların hazırlanmasında daha mürəkkəb texniki üsullardan istifadə onlunması ilə seçilirdi. Zinət əşyalarının təsnifatı zamanı aydın olur ki, eyni tə”yinatlı əşyalar (məsələn, kəmərlər və ya sırğalar və b.) bir qayda olaraq çoxsaylı müxtəlifliyə malikdir, belə ki, öz aralarında hazırlanma texnikaları və materiallarına, eləcə də bədii xüsusiyyətlərinə və formasına görə fərqlənir. Zərgərlik məmulatları estetik funksiya yerinə yetirməklə yanaşı, həm də şərti-mülki fərqləri, yerli və etnik xüsusiyyətləri, yaş baxımdan fərqləri əks etdirir, dini-sehr rolunu oynayırdı. Zərgərlik mə”mulatları qadın kostyumu dəstiylə birbaşa və üzvi əlaqədə olub onu tamamlayır və vahid ahəng yaradır ona milli kolorit, bədii tamamlanma və estetiklik gətirirdi. Kostyumun elementlərindən birinin dəyişdirilməsi və ya onun yoxluğu (məsələn, əgər arxalıq qurdu-baharı ilə əvəz olunurdusa və ya baş geyimi dəyişdirilirdisə) zinət əşyalarının kompleksində ayrı-ayrı ünsürlərdə (növlərdə) dəyişikliyə səbəb olurdu. Bahalı geyim dəstinə daha bahalı zinət dəsti seçilirdi. Qeyd etmək lazımdır ki, bu iki dəst (geyim və bəzək əşyaları) XIX əsrin II yarısınadək nisbətən davamlı olub dəyişikliklərə az mə”ruz qalib. Amma kapitalist münasibətlərinin inkişafı ilə və ticarət kapitalının kəndə nüfuz etməsiylə, xüsusən varlı kəndli ailərində və şəhərlilərdə rus və avropa kostyumunun tə”siri müşahidə olunur; buna müvafıq olaraq da bə”zi növ zinət əşyaları da təkamülə uğrayır (təkmilləşir).
Powered by vBulletin® Version 4.2.2 Copyright © 2015 vBulletin Solutions, Inc. All rights reserved.
Dostları ilə paylaş: |