Orijinalini görmek için tıklayınız : Azerbaycan Adet-Enene



Yüklə 77,39 Kb.
səhifə9/14
tarix10.01.2022
ölçüsü77,39 Kb.
#107590
1   ...   6   7   8   9   10   11   12   13   14
Azeribalasi

17.05.11, 00:35

Fallar

Sadə fallar


Ilin-ayın axırında (Novruz bayramından iki gün əvvəl) bulaqdan, yaxud çaydan axar sudan “lal su” gətirilir. Buna ona görə “lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir (həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər).
Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən üsulluca suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər.
Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşurlar. Iynə suyun dibinə çökürsə - elə ilk dəfə qoyulanda, deməli, su “lal su” deyil. Su gətirən adam üstündə danışmışdır. O, heç olmasa, “a” deyə səs çıxarmışdır. 

Yumurta və karandaşlar


Axır çərşənbə günü tövlənin pəncərəsinin ağzına (qabağına) bir yumurta, iki karandaş – qara və qırmızı karandaşlar qoyulur. Səhər həmin yumurtanın üstündə (üzərində) xətt olur (guya Xıdır xətt çəkir). Əgər qırmızı karandaşla xətt çəkilibsə, yumurta kimin bəxtinə qoyulubsa, o xoşbəxt olacaq. Qara karandaşla xətt çəkilibsə əksinə olacaqdır. 
Qapı pusmaq
Axır çərşənbə günü, yaxud həftənin uğurlu günləri axşamçağı qonşuların qapısını kirimişcə pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. (Bu səbəbdəndir ki, həmin günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur). Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman dilir. əksinə, “söndü”, “viran qalsın” və s. kimi sözlər eşidiləndə pis tərəfə yozulur. 
Sözə qüvvət: Arvadxasiyyət bir kişi qulağa durmaqla qonşusunu boğaza yığıbmış. Bir gün (həmin “fal açılan” gün) qonşu görür ki, həmin kişi sakitcə pəncərənin qabağından keçdi. Qonşu hiss edir ki, o yenə qulağa dayanacaq. (Qapı pusmanı adətən qadınlar icra edərlər). Onun bu xasiyyətindən təngə gəlmiş qonşu, adəti pozub deyir:
- Əşi, bu soba zəhrimara qalmış sönüb, elə sönülü də qalacaq! Bir an keçmir ki, həmin kişi pəncərənin qabağından çox qanı-qara keçir...
Duzlu kökə yemək
Axır çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir. 
Sözə qüvvət: Bir qızı iki oğlan sevirmiş. Bu falı yoxlamaq üçün həmin qız həmin bayramda duzlu kökə bişirib yeyir. Gecə yuxuda oğlanlardan biri ona su verir. Qız içir. Lakin susuzluğu keçmir. Yenə “su, su” deyir. Bu vaxt o biri oğlan su verir... Belə çıxir ki, qız onların iksinə də ərə getməli idi...
Deyilinə görə həmin qız ona birinci olaraq su verənə ərə gedir. Lakin hansısa qəzadan həmin qənc həlak olur. O biri oğlan dul qalmış qız ilə evlənir.
Yeddi ulduz
Bu falı istənilən vaxt icra etmək olar. Yatmağa gedəndə yeddi ulduz sayırlar. Ulduzları sayandan sonra bir kəlmə də olsa, danışmaq olmaz. Bu halda öz qismətini yuxuda görürlər.
Şax konfeti
Əvvəllər gəlin üçün şax bəzənərdi. Bu, taxtadan, daha doğrusu, odundan düzəldilmiş və bütün çıxıntılarına mıx çalınmış konusvarı, təxminən 1-1.5 metr hündürlüyündə figur idi ki, bunu da müxtəlif şirniyyatla, qoz-badamla, meyvə ilə bəzəyirlər. Həmin şaxdan qoparılmış konfeti axşamyeyib yatanda, guya adam yuxuda öz qismətini görür.
***
İlk dəfə yatılan evdə yastığın altında güzgü qoyurlar. Güzgü yuxuda bütün gələcək həyatını göstərir. 
***
Ilin axır çərşənbə axşamı gecəsi cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırsan. Demək o yaşda da gəlin gedəcəksən.

***
Çərşənbə axşamı otuzluq lampanın altına qıfılı bağlayıb qoyurlar. Niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun birinci sözünü niyyətlərinə görə yozarlar.


***
Balığın çanaq sümüyünü övlad gözləyən gəlinin oğlu və ya qızı olacağını bilmək üçün iki barmağın ortasından atırlar. Arxası üstə düşərsə, qız, üzüüstə düşərsə oğlan olacağı gözlənilir.
***
İtkin olan zaman, onu tapmaqçın ələyə qaysının iki ucunu sancıb, fırlardırlar. Itkinin kim tərəfindən olduğunu bilmək üçün şübhələndiyin adamın adını çəkirsən. Əgər ələk fırlanarsa, bi iş həmin adam tərəfindən olub. Fırlanmazsa demək o günahkar deyil.
***
Qorxan adamın başının əstündə ərimiş qurğuşunu onun qarşısındakı qabın içindəki suya tökürlər. Adam nədən qorxubsa onun şəkili suyun içində formalaşır.
***
Axır çərşənbə gecəsi ürəyində niyyət tut yat. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. Amma gərək qorxmayasan. Qorxsan bu niyyətin baş tutmaz.
***
Ilin axır çərşənbə günü niyyət tutub bağa getmək lazımdır. Bağdan bir çəngə ot qırırsan. Niyyət düzdürsə, sühərəsi gəlib görürsən ki, qırdığın otlar uzanıb əvvəlki kimi olub.
***
Ilin axır çərşənbə gecəsiürəyində niyyət tutursan. Bağda bir daşı qaldırıb altını təmizləyirsən. Niyyətin hasilə çatandan sonra, gəlib daşın altına baxırsan. Görürsən ki, daşın altında ot bitib. 

***
Ilin axır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyirsən. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir. 


Paltara sap ilişəndə onu götürüb şəhadət barmağına dolaya-dolaya əlifba sırası ilə hərfləri sadalayırlar. Hansı hərfi deyəndə sap dolanıb qurtarırsa, sevgilinin adı o hərflə başlayacaq.


***

Bayram axşamı hamı yatandan sonra qaranlıq evdə, qabda böyük kağız yandırıb ağ divarın küncünə tutursan. Bu zaman divardasevdiyin adamın hansı sənətdə iştədəyi göstərilir.

***

Bu falda dörd nəfər oğlan, bir nəfər qız nəzərdə tutulur. Kibrit qutusunun hər 4 tərəfinə bir kibrit çöpü salmaq lazımdır. Onlar oğlan adları ilə olur. Qutunun üstünü deşib, ora bir çöp salırlar. Bu qız adı ilə olur. Sonra çöplərin hamısını yandırırlar. Kənardakı çöplərin hansı ortadakına meyl etsə, deməli o oğlan qızı istəyir. Əgər heç biri meyl etmirsə, deməli istəmir.

***

Bayram günü hərənin adına bir şam yandırırlar. Kimin şamı tez yanıb qurtarsa, onun ömrü gödək olur.

***

Bayram günü ürəyində bir arzu tutub, bütün gecəni yatmırsan. Bir ildən sonra həmin gecə tutduğun arzuya çatırsan.

***

Birinin kirpiyi üzünə düçəndə, soruşurlar ki, ürəyində bir arzu tut və de görək kirpiyin hansı üzündədir? Əgər düz tapsa arzusu çin olacaq.

***

Ay üç günlük olanda ürəyində bir arzu tut və hamı yatandan sonra eyvana çıxıb aya bax. Sonra uzanıb yat. Iki gün təkrar elə. Üçüncü gün yuxuda ərə gedəcəyin oğlanı görəcəksən.

***

Üçqanadlı yarpaq götürmək lazımdır. Iki qız iştirak eliyə bilər. Biri yarpağı əlində saxlayır və hər yarpağa onların hər ikisinin tanıdığı oğlan adları verir. O biri qız yarpağın birin çəkir. Üç dəfə bunu təkrar eliyirlər. Əgər hər üçündə eyni oğlan adı düşürsə, deməli, həmin oğlana qismət olacaq. 

***

Saçın üstünə hər öz adına bir buğda atır və hərə üçlükdə bir arzu tutur. Kimin buğdası tez çırtdasa, onun sevdası baş tutacaq.

***

Nişan üzüyündən sap keçirib, baş barmaq ilə şəhadət barmağı arasından neçə yaşın varsa, o qədər endirib qaldırırsan. Sonra sapı əlinin içinə düz tutursan. Əgər yanlara gedib gəlirsə, sayırsan, o gədər oğlun, əgər fırlanırsa, o qədər qızın olur. Əgər tərpənmirsə, uşağın olmur.

***

Kibrit qutusunun içinə tək və ya cüt sayda kibrit çöpü qoyursan. Istədiyin oğlandan kibrit çöpünün tək və ya cüt olduğunu soruşursan. Əgər düz tapsa, deməli o oğlana qismət olacaqsan.

***

Suda hər hansı bir şəhsin falına baxmaq üçün hər şeydən əvvəl işlənilməmiş müəyyən su qabı, cam qötürülür. Bundan sonra yarım stəkan su götürüb həmin qaba tökmək lazımdır. Fala baxan şəhs fikrində, ürəyində falına baxdığı adamın adını tutmalıdır. Bu zaman suyun üzərində əmələ gələn ləkələrə görə adamın taleyindən xəbər vermək olar.

Dağ şəklində olan ləkələr falına baxılan adamın uzaq yola çıxacağını göstərir.


Quş şəklində olan ləkələr bu adama şad bir xəbər çatacağını bildirir.


Dairəvi şəkildə olan ləkələr bəd xəbər və ya göz yaşı bildirir.


Suyun üzəri ləkəsiz olduqda bir açıq yol və uzun ömür bildirir. 


Noxud falı


Noxudla bir fala baxmaq üçün hər şeydən əvvəl falına baxılan şəxs ürəyində bir niyyət, arzu tutulmalıdır. Bundan sonra 41 dənə noxud götürülür. Noxudları sayına görə yox, əllə təxmini olaraq 3 hissəyə bölmək lazımdır. Sonra bir hissisini ayırıb götürmək və həmin hissəsi öz növbəsində iki yerə bölmək lazımdır. Yenidən bölünmüş bu iki hissənin birindən dörd noxud götürmək lazımdır. Həmin hissədə qalan noxudların sayına görə niyyətin və ya arzunun həyata keçib və ya keçməyəcəyəni bilmək olar.


Bir noxud adamın uzaq yola çıxaracağını bildirir.


Iki noxud kiminsə nə isə bir xəbər gözlədiyini və ya darıxdığını bildirir.


Üç noxud şadlıq və ya şad xəbər olacağını bildirir.


Dörd noxud nə isə bir məclis, yığıncaq olacağını bildirir.


Beş noxud niyyətin və ya arzunun həyata keçməyəcəni bildirir.


Üzük falı


Bir neçə qız bir yerə yığışıb üzük falı açırlar. Bir qab götürüb içınə su tökürlər. Üzüklürini çıxarıb həmin qabın içinə atırlar. Kənardan başqa bir qız çağırırlar. Əgər həmin qız qabdan götürdüyü bir üzüyü yiyəsinə düz verərsə üzüyü olan qızın bütün arzuları həyata keçəcək. Əgər üzük yiyəsinə düz qaytarılmasa, iynədən keçmiş əyrilmiş pambıq sapının ortasına salirlar üzüyü. Əgər üzük düz gedərsə, həmin adam sonsuz, sağ tərəfə çoxlu uşağı, sol tərəfə gedərsə istədiyi oğlanla xoşbəxt olacağı gözlənilir.


***

Boylu gəlinin başına xəlvətcə arxadan bir çimdik duz tökürlər və izləyirlər. Əgər gəlin ixtiyarsız əlini üzünə, alnına çəkərsə, qızı, əlini biğ-saqqal hissəsinə-çənəyə sürtsə oğlu olacaq. 

***

Bu fala ilin axır çərşənbəsi baxırlar. Özü də bu fala qızlar baxa bilərlər. Qız sakit, heç kimlə danışmadan ləyənə su tökür. Əlinə bir böyük güzgü alır. Həmin güzgüdə aya baxır. Sevdiyi oğlanın şəklini qız görərsə bu onun xeyrinədir. Demək, təzə il onun üçün uğurlu olur, mətləbi həyata keçir. Bütün bu vaxt qız danışarsa, fal düz çıxmaz


Yüklə 77,39 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin