Orta kənd məHƏLLƏSİ



Yüklə 35,1 Kb.
tarix27.12.2018
ölçüsü35,1 Kb.
#86505

ORTA KƏND MƏHƏLLƏSİ

Orta kənd məhəlləsi – cənubdan Qarağan təpə, qərbdən Dəli çay, şimal-qərbdən Nəcəflilər məhəlləsi, şimaldan Dullar məhəlləsi, şərqdən isə Qozlu çay arasındakı ərazidə yerləşir.

Bu məhəllədə kənd məscidi, kənd Sovetliyinin binası, kolxoz idarəsi, kənd kitabxanası, aptek, mağaza, məişət evi, poçta, mədə­niy­yət evi, klub, yay kinoteatrı, uşaq bağçası, kənd xəstəxanası, ambulatoriya, 1941-45-ci illərdə II Dünya müharibəsində həlak olan 196 kənd sakinlərin şərəfinə abidə kompleksi, Qarabağ müharibəsi şəhidi Qurban Namazalıyevin şərəfinə ucaldılmış abidə vardı.

Horadiz kəndində doğulmuş və 20 il kolxoz sədri işləmiş Suruş Fərhadovanın həmişə kənd adamları arasında hörməti vardır.

Bu məhəllədə Aqil Novruzov, Həsən Novruzov, Əbülfət Nov­ru­zov, Sabir Quluyev, Calal Ağayev, Xanım Həziyeva, Fidayəddin Məhərrəmov, Həsən Məmmədov, İlham Məmmədov, Bayram Nov­ru­zov, Abbas Həsənov Mürsəl oğlu, Ayıldız Məmmədova, İskəndər Kərimov, Cümşüd İbişov, Həsən Cəfərov, Tariyel Cəfərov, Əmir Cəfərov, Akif Cəfərov, Tehran Cəfərov, Kamal Nəcəfov, Sahib Sultanov, Rüstəm Sultanov, Vaqif Sultanov, Suliddin Qasımov, Suruş Fər­hadova, Əli Fərhadov, Vəli İbrahimov, Murtuza Abdullayev, Faiq Xələfov, Adilə Novruzova, Həbib Sultanov və Əziz Əzizov öz ailələri ilə yaşayırdı və həyətyanı bağları vardı.

Kitab çapa gedən əsnada Məhəmməd Əhməd oğlu Məhərrəmov mənə sual verərək dedi ki, “Siz kənd haqqında yazırsiniz “Cilid Muxtərə nəyə görə bu ləqəbi vermişlər”. Doğrusu kənddə xeyli oxşar adlar olduğuna görə onları dəqiq tanınması üçün ləqəb də verərdilər. Ancaq mən indiyə qədər bu mövzuya toxunmamışdım. Ona görə Muxtər kişinin qardaşı oğlu Əbülfət Əsəd oğlu Nov­ruzovla (2010-cu il iyul ayında) görüşüb bu ləqəbin verilməsinin tarixçəsini öyrənməyi lazım bildim.



Əbülfət Əsəd oğlu (1935-2010): - Əmim Muxtər 1886-cı ildə doğulub, olduqca baməzə, deyib-gülən və zarafatçıl kimi tanınıb. Qarabağ toylarında Seyid Şuşinski ilə birlikdə iştirak edib və zurna çalan olub. 1910-cu ildə Horadiz kənd bazarında ərzaq dükanı olan, varlı və dul olan Məşədi Muxtar, əmim Muxtərə deyib ki, mən Güləndamın (Suruş Fərhadovanın nənəsi) qızı Şəkərə elçi göndər­səm mənə verərlər? Əmim cavab verib ki, o qız cavandır, sənin isə yaşın 50-ni keçib ona görə qardaşları verməzlər. Məşədi onun sözünə baxmır elçi göndərir. Yox xəbərilə elçilər qayıdır. Muxtər kişi işi belə görəndə, ondan pul qoparmaq üçün ona deyir ki:- “Məşədi sən mənə 1000 manat ver, mən o qızı sənə gətirim”. Məşədi razı olur.

Muxtər kişi xəlvəti gedib qızın qardaşları Məhəmməd və Cabbara qonaqlıq verir. Yeyib içəndən sonra, onların bu işə yalandan razı olduğunu Məşədiyə çatdirmasını xahiş edir və razılıq alır..

Məşədi toy çaldırır və qızı gətirməyə gedirlər. Muxtər kişi özü bəzənib gəlin paltarı geyib faytona oturaraq, bəy evinə aparılır.

Toy sovulandan sonra Məşədi gəlin gərdəyin açanda görür ki, bu kişidir, ona görə huşunu itirib yıxılır və malı, pulu, hörmət-izzətini həmyerlilərinin arasında itirdiyinə görə, güclü stres keçirə-rək huşsuz vəziyyətdə qalır və üç gündən sonra dözməyib ölür.

Bax elə bu hadisəyə əsasən əmimə “Cilid” Muxtər deyirlər.

Bu xəbəri Seyid Şuşinski yaxın dostu Üzeyir Hacıbəyliyə danışır. Xəbərdən hali olan Ü.Hacıbəyli bu hadisədən yararlanıb “O olmasın, bu olsun” komediyasını yazır. Film başlanan kimi titrdə yazılırdı – “1910-cu ildə Qarabağ xanlığının ucqar bir kəndində bu hadisə baş verib”. Həmin kənd bizim Horadiz kəndimizdir.

Bu tarixi faktdır.

Mənim atam – Əsəd Əmrah oğlu 1889-cu ildə Seyid Şuşinski ilə eyni ildə doğulub, həmyaşıd, həm də qonşu olduğuna görə bir yerdə böyüyüb və məktəbdə bir sinifdə oxuyublar. Atamın da yaxşı səsi vardı, Seyid Şuşinski ilə xeyli xatirələri var.

Atam deyirdi ki, Seyid Şuşinski ilə mən İmam yalında oynayıb, oxuyardıq. Seyid elə zil səslə oxuyanda, aralıdan keçən atlılar bizə tərəf dönüb, bizim yanımıza gələndə gördük ki, bu dəstə Qaçaq Süleymanın dəstəsidir. Seyid oxuyub qurtardıqdan sonra Qaçaq Süleyman ona dedi: - “Seyid mən sənə bir qızıl onluq verirəm, sən bu səsini qoru, vaxt gələr sənin bu gözəl və məlahətli səsinə görə başına ləl-cəvahir yağdirarlar”.

Seyid Şuşinski öz xatirəsində yazırdı ki, mən İranın Tehran şəhərində konsertdə oxuyarkən kişilərlə bərabər, pərdə arxasında oturan qadınlar mənim başıma daş-qaş yağdıran zaman Qaçaq Süleymanın sözünü xatırladım.

Seyid Şuşinski burda doğulduğu üçün bu kəndlə əlaqəsini kəsməyib, ara-sıra kəndə həmişə baş çəkib yaxınları ilə görüşərdi. Kəndə gələndə atamla və onun ana qohumu olan Xanlar Cəfərqulu oğlu ilə dostluq edərdi, həm də onlarda qonaq qalardı. Cəfərqulu kişi tez rəhmətə getdiyindən anaları Minəbəyim onları saxlardı. Həmən bu Minəbəyim Seyid Şuşinskinin xalası olub. Ancaq Seyidin ata-anası tez rəhmətə getdiyindən onu ikinci xalası Aşıq Hürzad (Qarabağ toylarının xanəndəsi) saxlayıb və Seyidin bir xanəndə kimi püxtələşməsində xalasının böyük rolu olub.



Həbib Ağalar oğlu Sultanov(1932): - Mənim anam Qüdrət Göyüş qızı – 1873-cü ildə Şuşa şəhərinin Çuxur məhəllədə doğulub. Abış babam faytonçu olub. Şuşaya tez-tez yolu düşərmiş və orda qonağı, dostu Göyüş kişinin evində qalarmış. Onun qızı Qüdrət xanım onun xoşuna gəldiyinə görə oğlu Ağalarla evləndirir. Onların birgə yaşayışından bacılarım: - Züleyxa (1899-Əbülfətin anası), Fü­ru­zə və qardaşlarım Aslan, Səməd, Həmid (1920) və mən (1932) doğul­muşam.

Horadiz kənd xəstəxanasında baş həkim işləyən Talıb Ağakişi­yevin həyat yoldaşı Tamara xanım Üzeyir Hacıbəyovun bacısı qızıdır. Onun əri Talıb həkim isə əslən Ağcabədidən, Üzeyir Hacı­bəyovun yaxın qohumudur. Talıb həkim bizim evdə tez-tez qonaq olardı. Biz ailəlikcə onlara yaxın olmuşuq.

Anamın əmisi oğlu Ələkbər Əliyev, Azərbaycan Dövlət Uni­ver­sitetində dekan, tanınmış alim, (Bakıda Nizami və Lermantov küçəsinin kəsişməsində yaşayirdı) isə Üzeyir Hacıbəyovun xalası­nın kürəkənidir. Odur ki, Üzeyir bəy həm bizimlə, həm də Seyid Şuşinski ilə daima əlaqəsi vardı Ona görə Anam Qüdrətin qaynı “Cilid” Muxtərin bu kələyindən xəbərdar olubdu.

Bu məhəllənin tanınmış şəxsləri haqda sonrakı səhifələrdə məlumat ala biləcəksiniz.



Orta məhəllənin Qarabağ şəhidləri:

1. Məhərrəmov Roman Firəddin oğlu;

2. Fərhadov Ümid Əli oğlu.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!..

QARAĞAN TƏPƏ VƏ MƏHƏLLƏSİ

Qarağan təpə - Horadiz kəndində ilk yaşayış məskəni, kəndin mərkəzində, Qozlu çayın sağ tərəfində yerləşən, hündür təpəlikdir.

Qarağan” sözü “otlaq üçün az yararlı yer”, “yovşanlı sahə” “qarağanlı təpə” mənaları verir.

Respublikamızın ərazisində özündə “qarağanlı” etnonimini əks etdirən onlarla toponim qeydə alınmışdır. Bunlara nümunə olaraq aşağıdakı coğrafi adları göstərmək olar: Qarağanlı dağı, Qarağanlı dərə (Cəbrayıl rayonu), Qarağanlı dağı (Masallı rayonu), Qarağanlı təpə (Lerik rayonu), Qarağanlı dərə (Zəngilan rayonu) və nəhayət bizim kənddə də qeydə alınan Qarağan təpədir.

Qarağan təpə Horadiz kəndində ilk yaşayış məskənidir. Belə ki, bizim kəndin camaatı təqribən 500 il qabaq İmam pirinin yanında yaşadıqları vaxt, təbii hadisələrdən sonra Yadigarlılar, Namazalılar, Toppuz­lular və Təhmirazlılar Qarağan təpəyə köçmüşlər. Burada əvvəllər evləri təpə ətrafında tikmişlər və orta hündür təpə boş qoymuşlar ki, ev heyvanlarını oğurluqdan qorumaq üçün münasib bilmişlər.

Bir müddət birgə yaşadıqdan sonra tayfalar artımı olduğundan, Namazalılar şərq təpəliklərə, Yadigarlılar kəndin aşağı cənub-şərq hissəsinə - Saqqızlı məhəlləsinə, Təhmirazlılar orta kəndə köçürlər. Toppuzlular isə Qarağan təpədə qalırlar.

Qarağan təpədə bir neçə kənd obyektləri var idi və bunlardan da Poçt məntəqəsi, radio qovşağı, telefon məntəqəsi, Əmanət bankı və Məişət evi yerləşirdi. Bu məhəllədə Novruzovlar, Abdinovlar, Quluyevlər, Əzizovlar, Abdullayevlər, Hüseynovlar, Orucovlar, nəslinin nümayəndələri yaşayırdılar.

Qarağan təpə məhəlləsi haqda düşünəndə ilk dəfə Quluyev Qulu kişi yada düşür. Beləki, Qulu kişi çox qorxmaz, ürəkli və cəsur bir şəxs kimi kəndliləri arasında sayılıb-seçilənlərdən olub.

Ağsaqqallar danışırlar ki, günlərin bir günü, yəni XX-əsrin əvvəllərində Qorqan kəndindəki dəyirmandan Qulu kişi taxılı üyüdüb, öküz arabasında bir neçə kisə unla evə qayıdırmış, qəflətən

Qorqanlı Cümşüd bəy onun qabağını kəsir və tələb edir ki, öküzlərin xoşuma gəlir onları aç ver aparacağam.

Qulu kişi Cümşüd bəyə deyir ki, Bəy mənə toxunma, sonra ziyan çəkərsən”. Cümşüd bəy ona fikir vermir və öz adamlarına öküzləri açdırıb dədə malı kimi aparır.

Qulu kişi əlacsız qalıb piyada qayıdır kəndə və qonşulardan iki öküz alıb gəlir öz arabasına qoşub unlarını gətirir evinə və bu qisası yerdə qoymamaq üçün plan qurur.

Üç gündən sonra öz əmisi oğlanları Fətalını və Seyidalını özü ilə götürüb, əli silahlı gedirlər Qorqana. Əmi oğlanlarının birini kəndin kənarında qoyur, ikincisini isə Cümşüd bəyə nəzarət etməyə və tapşırır ki, oyansa vurarsan.


Qarağan təpənin şərq tərəfdən və Namazalı kəhrizindən görünüşü
Özü isə Cümşüd bəyin həyətinə qoyun saxlanan ağıla girib qoyunun birini kəsir və əti səbətə qoyub, evin üstündən bu ətli səbətini sallayır həyətdəki itin yanına. İt ətin iyini hiss edən kimi qalxır səbətdəki əti yeməyə və Qulu kişi səbəti itlə bir yerdə qaldırıb yuxarıda bağlayır.

Sonra sakitcə düşür Cümşüd bəyin 100-ə qədər malını və qoyununu tövlədən çıxarıb əmisi oğlanları ilə aparıb İranda dəyər-dəyməzə sataraq qayıdırlar evə.

Səhər Cümşüd bəy oyanıb görür ki, el köçüb yurdu qalıb. Nə qədər axtarırlarsa mal-heyvandan həftə ərzində bir xəbər çıxmır. Cümşüd bəy fikirləşir bunu kim edər, axır ki, Qulu kişinin sözü “Bəy mənim öküzümü aparma, ziyan çəkərsən” yadına düşür və Horadizə getməyə qərar verir.

Elə o günü gəlir Horadizli Məşədi Abdullanın evinə. Qonağa Məşədi Abdulla yemək təklif edir, Cümşüd bəyin boğazından su keçmir və başına gələn hadisəni Məşədi Abdullaya danışır.

Məçədi də kəndin şübhələndiyi adamlarını çağırtdırır, ancaq boynuna alan olmur.

Axir Qulu kişini gətirirlər o, da boynuna almır.

Məşədi Abdulla deyir: Qulu kişi, de sən öl mən aparma­mı­şam. Qulu kişi deyir: - 100 heyvan nədir ki, ondan ötəri sənə sən öl vurum, heyvanları mən aparmışam deyə başına gələn əhvalatı Məşədiyə danışır və bunu eşidən Cümşüd bəy qalxır ayağa və Qulu kişiyə müraciət edərək deyir; “Qulu kişi səndə ki, bu qorxmazlıq və şücaət var, o malları bağış­ladım sənə, halal xoşun olsun” deyərək Məşədi Abdulla ilə görüşüb Qorqana qayıdır.

Qulu kişinin oğlanları Cəmil-Kubra Bəşir qızı və uşaqları, bir də Şəmil-Hafizə Calal qızı və uşaqları ilə birlikdə Qarağan təpədə yaşayırdılar.





Qarağan təpədə poçta
Qarağan təpə məhəlləsinin ilk sakinləri Toppuzlu nəslin davam­çılarından Novruzovlar olub. Məhərrəm Allahverdi oğlu Novruzov öz halal zəhmətilə böyüdüb boya-başa çatdırdığı oğlanlarının adı: Allahverdi, Fəxrəddin və Ələddin hər yerdə atalarının yolunu davam etdirərək halal zəhmətlə çalışır və adları fəxrlə çəkilirlər.

Burda məhəllədə Quluyev Mirzalı, Fətalı, Seyidalı, Quliyev Ərşad, Aqil və Zakir Əşir oğlanları, Orucov Vəli və onun oğlu Orucla burda yaşayırdılar.

Bu məhəllədə Hüseynov Yolçu – kənddə ali təhsilli baytar həkimi, gözəl insan, dərin hafizəsi bir insan idi. Ailəsi Firəngül, oğulları – Novruz, Bəhrəm və Şəhriyarla yaşayırdılar.

Qarağan təpə sakinlərindən kənd ağsaqqalı Abdinov Camal kişinin oğlu – Abdinov Yavər Camal oğlu tanınmış gəmi kapi­tanıdır.

Bu məhəllədə Abdullayev Rəşid və Əli qardaşalrı yaşayırdılar.

Qarabağ müharibəsi şəhidi:

Abdullayev Saleh Əli oğludur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!..

KAZIMLILAR MƏHƏLLƏSİ

Kazımlılar məhəlləsi – Horadiz kəndinin cənubi-qərb, aşağı tərəfində, Kərbəla Babaş dərəsilə - Fərəcanlı dərəsinin arasında, mə-dəni tövlədən aşağı, Dəli çayın sağ nahiyəsində məskunlaşmışlar.

B


Nazim Əsgər oğlu
u məhəllədə XIX əsrdə yaşamış kənd ağsaqqalı Kazım kişinin sayılıb seçilən ağsaqqal olduğuna görə bu məhəlləni onun adı ilə adlandırmışlar. Bu mə­həllə həmişə abad və yam-yaşıl ağacları ilə fərq­lənmişdir. Ona görə ki, burada əksər həyətyanı bağlarda hər ailənin öz bulağı olub. Məhz elə bu səbəbdən də onlardan heç biri başqa suya ehtiyacları olmamışdır.

Bundan başqa Kazımlılar məhəlləsinin adamları da həmişə kənd arasında hörmətlə qarşılanmışlar. Bu məhəlləni xatırlarkən, ilk növbədə 50 ildən çox müəllim işləmiş, kənd ağsaqqalı Hacı Calal Qasım oğlu Mehdi­yevin, mən deyərdim ki, o məhəllənin savadlanmasında və qohum­ların oxuyub həyata vəsiqə almasında, şəxsən onun böyük və danılmaz əməyi olmuşdur.

Hacı Calal ərəb əlifbasını yaxşı bildiyinə görə “Qurani- Kərim”-in azəri dilində tam təfsilatını yazaraq 500 səhifəlik çapla kitab buraxdırmışdır. Sözsüz ki, onun ilahiyyət elminə göstərdiyi əməyi böyük olmuşdur.

Əkbər Qasım Mehdiyev kolxozda çoban sənəti ilə ailəsini dolandırıb..

Fərzalı uşağı nəslindən olan Şirinov Fərzalı bu məhəllədə yaşa­mış və kənddə ən yaxşı qəzasız işləyən sürücü kimi tanın­mışdır. Onun atası Fərzalı Şirin oğlunun 2-ci arvadı Bəyim bu məhəllədən olduğu üçün Fərzalı kişinin dəfnindən sonra ailəsi burada məskun­laşmışdır.

Bundan əlavə xeyirxah əməyi ilə tanınan feldşer həkimi vəzifəsində uzun müddət çalışan Əsgər Qasım oğlu Mehdiyevin öz peşəsinin vurğunu kimi, neçə-neçə xəstələrin sağalıb yenidən həyata qayıtmasında böyük əməyi olmuişdur.



Ə


Əvdil Mehdiyev
vdil Yusif oğlu Mehdiyev ailəsi ilə birlikdə bu məhəllədə yaşayırdı. O, səmimi bir insan kimi özünü layiqli bir dost kimi göstərmiş və özünə yaxınları arasında hörmət qazanmışdır.

Neçə illər orta məktəbdə kimya müəllimi işləmiş Həbib Əyyub oğlu Kazımov və 1979 - 93-cü illər Horadiz kənd Sovetinin sədri vəzifəsində çalışaraq, öz işində hörmət, izzət qazanıb. Kazımlılar məhəlləsində: Kazımovlar, Mehdiyevlər, Şirinovlar nəslinin nümayəndələri yaşayırdılar.
Yüklə 35,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin