Artur: Siz bu sirri məharətlə anlamış və icra etmisiz.
Şanel: Bunu yalnız müdrik olanlar belə şərh edər.
Artur: Deməli filosofluğunuz da var.
Şanel: Ürəyimdən gələnləri deyirəm.
Artur: Etten Balsan sizin kimi bir xanımla birlikdə olduğu üçün çox xoşbəxt insandır və görünür Tanrının sevimli bəndəsidir. Tanrı hər kişiyə belə lütfkarlıq etməz.
Şanel: Xoşbəxt olduğunu anlamayandan sonra o xoşbəxtliyin də bir anlamı yoxdur. Tanrının lütfü də dəyərini biləndə gözəl olur. Etten Balsan öz xoşbəxt olduğundan da, Tanrının lütfündən də xəbərsizdir və deməli, o, xoşbəxt deyil, əsl bədbəxtdir.
Artur: Gözəlliyiniz qədər təfəkkürünüz də valehedicidir. Sizi tanıdığım üçün təqvimin bu gününü hər il bayram edəcəyəm.
Şanel: Bu varlı, bəzək-düzəkli, daş-qaşlı, bahalı ətir qoxulu Paris qadınlarının arasında bu sözləri mənim ünvanıma demək ədalətlidirmi?
Artur: Siz öz fərqliliyinizdən xəbərsizsiniz. Parisin artıq o qadınlardan bezdiyini anlamış olmanız rəftarınızdan və görünüşünüzdən məlumdur. Lakin siz məni imtahan etmək fikrindəsiniz. Bunu başa düşmək çətin deyil.