Artur: Sən həm də qadınlar üçün şalvarlar və donlar düzəldirsən axı. Məncə sən onları da sərgiləməlisən. Onlar sənə bu şlyapalardan da çox pul və şöhrət gətirəcək.
Şanel: Onlar heç kəs tərəfindən bəyənilmir. Hamı kişisayağı adlandırır.
Artur: Sərgilənəndə hamının diqqətini çəkəcək. Hər halda Parisdə uzun və enli donlardan bezən bər-bəzəkli xanımlar da var. Onların sənin paltarlarına həqiqətən ehtiyacı var. Parisin başqa küçələrində də bir neçə mağazalar açıb işçilər götürərik.
Şanel: Bu güclü sərmayə tələb edir.
Artur: Mənim buna kifayət edəcək qədər pulum var.
Şanel: Artur, mən özümü sənə borclu hesab edirəm.
Artur: Əsla! Sən bundan da artığına layiqsən.
Şanel:Söz verirəm ki, əgər bu işdən yaxşı pul qazansam sənə olan borcumu ödəyərəm. (siqaretdən çəkir)
Artur: Şanel, sən mənim qəlbimi fəth edən yeganə qadınsan.
Şanel:Əmin ol ki, sən də məni özünə aşiq edən yeganə kişisən. Səni sevirəm, Artur. (aşiqliklə ona baxır)
Artur:(onun dodaqlarından öpür və daha sonra kədərlə baxışlarını yerə dikir) Amma...