Artur: İngiltərə qanunları başqadır, Şanel. Mən səninlə evlənib ömürlük bir yerdə olmaq, bir evi, bir yatağı, bir həyatı paylaşmaq istəyirəm.
Şanel: Mən də bütün bunları səninlə etməyə razıyam. Bəs mane olan nədir ki?
Artur: İngiltərə zadəganları kasıb qızlarla evlənə bilməz. Buna heç bir zadəgan ailəsi razı olmaz.
Şanel: Sən onlara qarşı çıxa bilməzsən? Axı sən cəsarətlisən...
Artur: Məni artıq bir zadəgan qızına nişanlayıblar.
Şanel:(kövrəlir)Mən bilirəm ki, heç bir qadın sevdiyi kişinin arvadı olmayacaq. Amma mən səni həmişə sevəcəyəm. Başqa bir qadının əri olsan belə...(siqareti var gücü ilə sovurur, siqaret bitir və tullayır)
Artur: Mən səni heç vaxt atmayacağam. Həmişə sənin yanında olacağam. Sən başqasının arvadı olsan belə...
Şanel: Sən mənim yanımda olduğun müddətdə heç bir kişi mənim həyatıma daxil olmayacaq.
Artur: Mən tezliklə sənin üçün Parisin hər küçəsində mağazalar açacağam. Bütün dünya səni tanıyacaq. Dünyanın hər qitəsindən sənə təkliflər gələcək.
Bu vaxt bir qadın onlara yaxınlaşır. Artur kənara çəklib nəzakətlə yol verir. Qadın mağazaya daxil olmaq istəyəndə birdən dayanır və diqqətlə Şanelə baxır.
Qadın: Siz Koko Şanelsiz?
Şanel utanaraq başını yerə dikir və gülümsəyən simasından sevinci məlumdur. Artur onun həyəcanını hiss edib qadına cavab verir.