Balsan: Möhtəşəm idi! Fransada heç kəs bu mahnını sənin kimi oxuya bilməz! Və bu gündən sən mənim Kokomsan.
Şanel: Balsan, axı mənim adım Qabrieldir. Həm də Koko cücə deməkdir. Sən məni belə səsləyəndə hamı güləcək.
Balsan: Amma cücə şirindir. Sən də şirinsən.
Şanel: Mən bayağı romantikanı xoşlamıram.
Balsan: Yaxşı, madmuazel, istər xoşla, istər xoşlama, bu gündən mən sənə Koko deyəcəyəm. Məncə hamı bunu bəyənəcək.
Şanel: Əksinə, ələ salıb güləcəklər.
Balsan: İstəyirsən, yoxlayaq?!
Şanel: Necə?
Balsan:(üzünü kafenin müştərilərinə tutur) Heeeey! Hamı məni dinləsin...
Şanel: (onu susdurmağa çalışır) Balsan, neyləyirsən? Sus, sus... Sakit qal.
Balsan: Siz Qabrielin ifasını bəyəndiniz? (hamı alqışlayır və “bəli”, “əlbəttə”, “çox gözəl idi” kimi müxtəlif ifadələrlə cavab verirlər)Mən istəyirəm ki, bu gündən onun adı Koko Şanel olsun, siz də istəyirsiz? (yenidən hamı müxtəlif tərzdə təsdiqləyir) Əla!