Balsan:(hər ikisinə tərs-tərs baxır) Mən bir də sizə yaxın da durmaram! Bir fahişənin malikanəsində olmaq bir zadəgan oğluna yaraşmaz! Sadəcə, baş sağlığı vermək üçün gəlmişdim!
Şanel: İndi rədd ola bilərsiz!
Balsan:(hirslə tüpürür) Tfu! (qəzəblə çıxır)
Şanel:(xəfif bir təbəssümlə İqora baxır) Qayğınız üçün minnətdaram!
İqor: Borcumdur, madmuazel! Bir daha başınız sağ olsun! Görünür, həmin şəxs sizin üçün çox dəyərli imiş!
Şanel: Elədir ki, var! Mən bu gün bütün uğurlarımı ona və onun məhəbbətinə borcluyam.
İqor: Bu gün həyatda olmasa belə, onun ruhu da xoşbəxtdir! Sizin kimi bir xanımın könlünə sahib olmaq insana cənnətin qapıların açar!