Orxan bahadirsoy


Şanel: Təşəkkür edirəm! İqor



Yüklə 78,83 Kb.
səhifə33/77
tarix10.01.2022
ölçüsü78,83 Kb.
#108070
1   ...   29   30   31   32   33   34   35   36   ...   77
Şanel: Təşəkkür edirəm!

İqor: Sizə bir təklifim var...

Şanel: Buyurun.

İqor: Mən sizin üçün bir mahnı bəstələmək istəyirəm!

Şanel: Bu çox gözəl təklifdir. Diqqətiniz üçün minnətdaram, lakin, sizdən xahiş edirəm ki, bu mahnını mənim hüzünlü eşqimə həsr edəsiniz!

İqor: Ürəyimdə sizə qarşı elə bir alovlu sevgi baş qaldırıb ki, bu hislər yalnız bir sevgi mahnısını ərsəyə gətirə bilər! Elə bir mahnı yazacağam ki, həm sizin mərhum sevgilinizə bir matəm mahnısı, həm də mənim sizə olan məhəbbətimə bir eşq nəğməsi olacaq.

Şanel: O mahnını sevə-sevə oxuyacağam!

İqor: Sizə eşq elan etsəm, qəbul edərsiz?

Şanel: Mən hələ ki, bir sevginin matəmi içindəyəm! Sevgilimin ruhu məndən inciyər.

İqor: Qəlbinizdə boş qalan yeri dolduracaq birinə ehtiyacınız olacaq!

Şanel: Bundan sonra həyatıma çox kişi daxil ola bilər, lakin heç kəs onun yerini doldura bilməyəcək!

İqor: Sizin eşqinizə çoxlu sevgi nəğmələri yazacağam...

Şanel: Və tarix danışacaq – məşhur rus bəstəkarı İqor Stravinski Koko Şanelin eşqinə nəğmələr bəstələyirdi.

İqor: Bu mənim üçün fəxr olacaq!

Bu vaxtı qulluqçu həyəcanla daxil olur, İqor və Şanel təlaşla çönüb qulluqçuya baxırlar.


Yüklə 78,83 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin