İqor royalın arxasına keçib oturur. Kağıza diqqətlə baxır və bəstələdiyi musiqini ifa etməyə başlayır. Şanel həvəslə onu dinləyir. Musiqi bitəndən sonra İqor həyəcanlı baxışlarını Şanelə dikir.
Şanel: Əla, İqor! Möhtəşəm! Mən bunu çox bəyəndim.
İqor: Nə danışırsız? Mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz!
Şanel: Baramaqlarınızdan inci tökülür! Bu halımda mənə bu mahnı o qədər mənəvi dəstək oldu ki, bunu ifadə edə bilmərəm!
İqor:(yerindən qalxıb ona yaxınlaşır) Mən bütün yaradıcılığımı sizə həsr edə bilərəm.
Şanel: Yox, İqor. Məndən sədaqət gözləməyin. Məhəbbətlə küsülüyük. Amma siz çox romantik və nəzakətlisiz.
İqor: Madmuazel, axı siz niyə anlamırsız ki, mən sizə sevirəm! Sizə dəlilər kimi aşiqəm.!
Şanel: Ah, İqor! Bu şablon eşq-məhəbbət etirafları, bu ucuz sevgi təklifləri sizin istedadınıza yaraşmır!