Şanel: Yox, mən sizin məhəbbətinizin saxta olduğunu demədim. Bu sevgi etirafınızın şablon olduğunu və bunların çox saxta göründüyünü dedim.
İqor: Anladım, madmuazel. Siz mənim sevgimə inanmırsız. Amma siz əmin olmalıydız ki, mən sevmədiyim insana mahnı bəstələyə bilməzdim. Bir tərəfdən də sizi anlayıram. Axı siz yas içindəsiz. Bağışlayın məni. Bunu deməməli idim.
Şanel: Üzürxahlıq etməyin, misyö. Mən indi ürəyimi heç kəslə bölüşə bilmərəm.
Qulluqçu həyəcanla daxil olur. Əlində qəzetlər var. Şanel təəcccüblə ona baxır. Qulluqçu isə üzgün baxışlarını yerə dikib və danışmır.