Şanel: Nə olub? Danışacaqsan ya yox? (qulluqçu yenə susur) Axı nə olub? Əlindəkilər nədir?
Qulluqçu: Qəzetlərdir, madmuazel.
Şanel:(yerindən dik atılır) Nəsə yazıblar? (qulluqçuya yaxınlaşıb qəzetləri alır) Nə yazıblar? (qəzetləri açır və oxuyur) O, əslində bir kəndlinin öz məşuqəsindən qeyri-qanuni olaraq həyata gətirdiyi uşaqdır. Yəni, sizin məşhur madelyer, Avropa və eləcə də digər qitələrin qadınlarının geyimlərində inqilab edən madauzel Koko Şanel səyyar satıcının 6-cı məşuqəsindən olan övladıdır. Əsl adı Qabriel Şaneldir. Onun dünyaya gəlməsindən bir müddət sonra anası astma xəstəliyindən ölür. Atası da zavallı qızcığazı katolik monastrına verir. Əgər atasının aqibətini bilmək istəyirsizsə, bunu çətin öyrənəsiz. Çünki atasının harada və nə halda olduğunu heç Şanel özü də bilmir. (əlindəki qəzetləri ovucunda sıxaraq gözlərindən yaş tökür)