İqor və qulluqçu çıxır. Şanel əlindəki qəzetleri parça-parça cırıb bir kənara tullayır. Sonra kresloya oturub hönkürtü ilə ağlayır.
Şanel: Axı bu insan məndən nə istəyir? Hə, harda olduğunu bilmirəm. Heç bilmək də istəmirəm. Bunu yazmaq sizə nə qazandırır, nə? (qışqırır) Başınıza dəysin sizin bütün qəzetləriniz, jurnallarınız! İnqilab! Nə inqilab, hə? Hansı inqilab? (yerindən qalxıb kənardakı qəzet parçalarını ağlayaraq təpikləyir) Niyə yazırsınız axı, niyə? Zibil!