Hersoq:(yaşlı kişiyə) Siz kimi soyduğunuzu bilirsiz? Hersoq Vestminsterin qardaşını soymusuz. Mən sizi öldürə bilərəm.
Yaşlı kişi:Buna gərək yoxdur, hersoq! (mədəsi yanır) Mən heç kəsi soymamışam. Mən adi bir dilənçiyəm. Bu geyimi geyinməsəydim məni bura buraxmazdılar. Qızımı görmək üçün buna məcbur oldum.
Hersoq: Madmuazel Şanel sizin iddianızın yalan olduğunu deyir. Hər bir halda – siz onun atası olsanız belə, o sizi qəbul etmir.
Şanel: Bu cəfəngiyyat nə qədər çəkəcək? Bu adamı burdan aparın! Zinadan atın, ya da öldürün! Mən bunu dinləmək istəmirəm!
Yaşlı kişi: Bağışla məni qızım, yalvarıram, bağışla! (əlini ürəyinin üstünə qoyur və zorla nəfəs aldığı məlumdur)
Hersoq: Bu yaşlı qocanı zindana atın və həkim çağırın qardaşımı müayinə etsin. Məclisin dadını qaçırmayaq.
Mühafizəçilər yaşlı kişini çıxarmaq istəyəndə, o, qəfildən tappıltı ilə yerə yıxılır. Hamı diqqətlə ona baxır. Mühafizəçilər kişinin ürəyini yoxlayır və təəccüblə hersoqa baxırlar.