Hersoq:(hirslə) Aparın burdan. Kimsəsizlər məzarlığında basdırın. Tez olun!
Şanel:(fikirli və qəmli halda bir kənara çəkilib düşünür) Albert! Artıq yoxsan və mən də daha rahatam. Dünya bir əclafdan təmizləndi və əfsus ki, bu əclaf mənim atam idi.
Hersoq:(əlinin onun çiyninə qoyur) Belə yalançılar çoxdur, madmuazel. Əhvalınızı korlamayın. Biz rəqsimizə davam edə bilərik?
Şanel: Mən getmək istəyirəm, hersoq. İcazənizlə...
Hersoq: Siz hara gedirsiz?
Şanel: Bağışlayın, heç nəyə həvəsim yoxdur.
Hersoq: İcazə verin, mən də sizinlə gəlim.
Şanel: Siz əyləncənizə davam edin. Mənə görə...
Hersoq:(onun sözünü kəsir) Sizə görə ölmək də şərəfdir. İcazə verin gəlim.
Şanel: Gəlin, hersoq!
Şanel və hersoq çıxırlar. Ətrafda danışıq səsləri yayılır və işıq sönür. Pərdə enir.
2-ci Hissə
14 il sonra. Şanelin evi. Şanel artıq qismən yaşlanmış görünsə də, əvvəlki zərif və şux görünüşünü itirməyib. Evi isə heç dəyişilməyib. Salonda geniş kresloda oturub siqaret çəkir. Olduqca üzgün görünür. Hersoq Vestminster daxil olur.