Şanel: İstəməklə düzəlmir, hersoq! Getmədiyim həkim qalmadı. Parisin ən məhşur həkimləri məni müayinə etdi. Amma hamısı bir sözü dedi ki, mən heç vaxt ana ola bilməyəcəyəm!
Hersoq:(əlini yumruqlayıb masanın üstünə çırpır) Lənətə gələsən! Axı niyə? ,
Şanel: Bu sualı mənə yox, Tanrıya ver. Görünür, o, mənim ana olmağımı istəmir. Ya da mən də Məryəm ana kimi bir möcüzə ilə qəfildən hamilə qalacağam. Həyat sürprizlərlə doludur.
Hersoq: Axı mən səninlə evlənmək, səninlə bir ömür paylaşmaq istəyirəm. Amma sən bilirsən, mən hersoqam. Övladımın olması ən vacib şərtdir. O, mənim varisim olmalıdır.
Şanel: Mən sənin varisin olması üçün yox, sadəcə ana olmaq üçün övlad istəyirəm.