Qulluqçu:(güllərin arasından kağızı götürür və oxuyur) Salam, sevimli Paris gözəli. Bütün Avropanı sadə, incə, zərif, ecazkar bir gözəlliyə bürüyən, bütün ürəkləri fəth edən füsunkar madmauzel! Sizə bu gülləri göndərən və sizə bu məktubu yazan Fransadakı Almaniya səfirliyinin attaşesi Qans fon Dinkdir! Bu güllər sizin gözəlliyinizin önündə aciz olsa da, onları mənim kiçik bir ərməğanım kimi qəbul edin. Bir də əgər razı olarsanız, sabah sizi mənimlə bir şam yeməyinə dəvət edirəm. Bu təklifi qəbul etməyiniz məni hədsiz sevindirəcəkdir! (qulluqçu kağızı büküb Şanelə baxır)