Orxan bahadirsoy


Şanel:(bir əlində qayçı, o biri əlində şalvarla divanda oturur)



Yüklə 78,83 Kb.
səhifə5/77
tarix10.01.2022
ölçüsü78,83 Kb.
#108070
1   2   3   4   5   6   7   8   9   ...   77
Şanel:(bir əlində qayçı, o biri əlində şalvarla divanda oturur) Bundan əla şalvar alınacaq. Paris qadınlarının bu bər-bəzəkli, enli, tüllü donları məni sözün əsl mənasında iyrəndirir. Onlar rahat olmadıqları halda özlərini füsunkar göstərməyə çalışırlar. Amma heç kəs anlamır ki, əsl gözəllik elə rahatlıq və sadəlikdədir. Gözəl görünmək üçün əsl şərt sərbəst olmaqdır. (şalvarı kəsməyə başlayır) Qadınlar üç cür olur. Bir qisim yalnız kişilərə qul olmağı, ev işləri ilə məşğul olmağı, hər əmrə baş əyməyi, yataqda da yalnız ayaq qaldırmağı bacarırlar, bir qisim özünə də, kişisinə də hakimdir, evində və dostları arasında məharətli, yataqda da ehtiraslıdır, amma azad deyil, əlindən heçnə gəlmir. Üçüncü bir qisim də var ki, bax, onlar əsl qadındır. Onlar azaddırlar. Onlar hər kəsə hakimdirlər, gözəl görünüşləri və mehriban rəftarları var. Güclü və zərifdirlər. Yeri gələndə əsl qadın incəliyi, lazım olanda da əsl kişi sərtliyi göstərə bilirlər. İstedadlı və bacarıqlıdırlar. (qorxu ilə ətarafa boylanır) Balsan görsə ki, yenə onun şalvarından özümə şalvar düzəldirəm məni öldürər. Amma neyləyim e? Burda ona qulluq etməkdən, hər əmrinə tabe olmaqdan bezmişəm. Özümü uzun müddətlik kirayələnmiş fahişələr kimi hiss edirəm. Bir də ki, Balsanın məşuqəsi olandan özümdə bir şeyi kəşf etmişəm. Mənim üsyankar və çılğın bir təbiətim var. Hə, Şanel, sən çox çılğınsan. (şalvarı kənara qoyub diqqətlə özünə baxır, saçlarına əl gəzdirir) Bu uzun saçlar da məni bezdirib artıq. Qadınların uzun hörükləri mənə mənasız gəlir. Yeri gəlmişkən, bu saçlardan da qurtulmağın vaxtı çatıb deyəsən. (kənara qoyduğu qayçını götürür və güzgünün önünə keçir) Yanların üstünə qədər uzanan yağlı və kilkəli saçların dövrü keçib artıq. Qadınlarda biraz kişilik yaratmağın vaxtıdır. (əvvəlcə sağ hörüyünü boyun hissəsindən kəsir) Bax belə! İndi isə bu biri... (sol hörüyü də həmin yerdən kəsir) Hə... Bu bütün qadınlara yaraşacaq. (güzgünün önündən daraq götürüb kəsdiyi saçları ütüləyirmiş kimi əli ilə sıxaraq darayır) Əgər yaşlı bir fahişəxana sahibəsi öz gənc və baxımlı fahişələrinin içində fərqli görünüşə sahib olarsa müştəri gənc bayağı fahişəni yox, yaşlı amma fərqli mamarozanı seçər. (sonra saçlarının görünüşündən zövq alırmış kimi saçlarını sığallayaraq yenidən divanda oturub şalvarı kəsməyə başlayır, bu vaxt Balsan daxil olur, arxasında səssiz dayanıb onu izləyir) Məndən yaxşı aktrisa çıxar. Səsim də var. İri projektor işıqları altında parıldayan sadə amma ecazkar bir geyimlə, xəfif makiyajla bütün kişilərin qanını coşdurub, ağlını başından alan bir qadın kimi...! Vaaauuu! Bu əsl gözəllikdir!


Yüklə 78,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin