Qans: Mən sadəcə sizi tanımaq üçün o sualı verdim.
Şanel: Əslində, siz məni yaxşı tanıyırsız. Amma mən sizin adınızdan və işinizdən başqa heç nə bilmirəm.
Qans: Elə mən də sizin adınızı və işinizi bilirəm, madmauzel. Başqa heç nə.
Şanel: Yalan danışırsız, misyö. Siz mənim yetimxanada böyüdüyümü, monstrdan qaçdığımı, düzəltdiyim sadə şlyapalarla məşhurlaşdığımı, 9 il İngiltərə zadəganı ilə, 14 il də hersoq Vestminsterlə sevgili olduğumu, anamın öldüyünü, atamın da dilənçi kimi bir müddət itkin düşüb sonradan tapılmasını və daha sonra da ölməsini və başqa daha nələr nələr bilirsiz. Elə deyil?