Orxan bahadirsoy


Qans: Bu çox gözəl təklifdir! Şanel



Yüklə 78,83 Kb.
səhifə54/77
tarix10.01.2022
ölçüsü78,83 Kb.
#108070
1   ...   50   51   52   53   54   55   56   57   ...   77
Qans: Bu çox gözəl təklifdir!

Şanel: Deməli, qəbul edirsiniz?!

Qans: Əlbəttə, madmauzel!

Şanel: Onda gedək...

İkisi də qalxıb restoranı tərk edirlər. Musiqi davam edir. İşıq sönür.

İşıq yanır Şanelin evində. Qulluqçu evi təmizləyir. Masanın üstündə qəzetlər var. Qulluqçunun yorulduğu hiss olunur və o dincini almaq üçün Şanelin kreslosuna oturur. Masanın üstündən qəzetləri götürüb oxuyur.

Qulluqçu: Vaaayyyy! Qəzetdəki başlığa bax! “Hallivud Koko Şaneldən danışır”! Əla! Merlin Monro! Müsahibəsində deyir ki, hər gecə bir damcı Koko Şanel ətri vurmasam yata bilmirəm! Aman, Tanrım! Madmauzel necə də xoşbəxtdir! Sən bir buna bax! Jaklin Kennedi deyir ki, mənim ən çox sevdiyim ətir Şanel ətridir. (qəzetləri masanın üstünə qoyur) Bu ətir hardadır görəsən? (ətrafa baxır) Güzgünün qabağındakı siyirmədə ola bilər. İlahi! Birdən madmauzel görər!? Elə bilər ki mən oğurluq edirəm. Amma bu ətirib intizarı məni öldürəcək. Onu mütləq qoxlamalıyam.

Qulluqçu güzgüyə yaxınlaşır. Siyirməni açıb baxır və ətiri görüncə sevincək götürür. Üzərinə bol-bol səpməyə başlayır. Sonra sevincindən uğunub evin hər tərəfinə ətir səpərək qəh-qəhə çəkir. Bu vaxt İqor Stravinski daxil olur. O təəccüblə qulluqçuya baxır. Qulluqçu isə o qədər fırlanır ki, başı hərlənir və yıxlanda İqor onu tutur. Qulluqçu diksinib atılır və əlindəki ətir şüşəsi yerə düşür.


Yüklə 78,83 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin