|
Şanel:(diqqətlə baxır və tərəddüdlə)
|
səhifə | 7/77 | tarix | 10.01.2022 | ölçüsü | 78,83 Kb. | | #108070 |
| Şanel:(diqqətlə baxır və tərəddüdlə) Mənə də birini ver.
Balsan: Nə verim?
Şanel: Siqaret.
Balsan: Dəli olmusan?
Şanel: Yox. Sadəcə çəkmək istəyirəm.
Balsan:(hirslə) Qadınlar siqaret çəkmir!
Şanel: Mən çəkmək istəyirəm!
Balsan: Mən istəmirəm ki, mənim qadınım siqaret iyi versin.
Şanel:(hirs və istehza ilə) Mənimlə evlənəcəksən?
Balsan:(bir anlıq duruxur və kəkələyərək həyəcanla cavab verir) Yoo... Yo... Yox! Amma səninlə sevişirəm!
Şanel: Niyə evlənmək istəmirsən?
Balsan: Sən mənim sadəcə məşuqəmsən! Həm də kişiyə oxşayan bir qadınsan. Belə bir qadınla evlənmək istəmirəm.
Şanel: Onda mənə siqaret ver. Mən də səninlə evlənmək istəmirəm. Sənə aşiq də deyiləm! Siqaret ver!
Balsan siqareti ona uzadır, Şanel bir siqaret götürür və Balsan siqareti alışdırır, ilk udumda möhkəm öskürür.
Dostları ilə paylaş: |
|
|