Şanel:Təşəkkür edirəm, dostlar! Şox sağ olun! (ətrafa sevinclə baxır) Ah, Paris! Paris! Necə də darıxmışam mən bu yerlər üçün. (qulluqçuya) Covanna, görəsən mənim evim necədir?
Qulluqçu:Gedib görək, madmuazel! O ev üçün mən də darıxmışam!
Şanel: Gedək, Covanna! (üzünü insanlara tutur) Məni belə xoş qarşıladığınıza görə sizə təşəkkür edirəm, dostlar! Yol bizi yorub. İcazənizlə biz gedək!
Səslər: Buyurun, madmuazel! Sizə xoş istirahətlər!
Şanel qulluqçusu ilə birlikdə çıxmaq istərkən ətrafda Kristian Dior reklamlarını görür və afişalara hirslə baxıb iti addımlarla çıxır. İnsanlar onu alqışlarla yola salır. İşıq sönür.
İşıq yanır Şanelin evində. Ev köhnəlib və toz basıb. Qulluqçu əşyaları silib təmizləməklər, döşəməni süpürməklər, divarların tozunu almaqla məşğuldur. Şanel isə salondakı əşyalarına həsrətlə toxunaraq gəzişir.
Şanel: Bu ev mənə çox şeylə verdir və bu ev məndən çox şeyləri aldı. (kresloya toxunur) Mən gedəndən sonra bu kresloda Etten Balsan oturdu və o, elə bu kresloda da öldü. (qulluqçuya tərəf) Covanna!