Şanel: Bunu çətin bir iş hesab edib kişiləşdirməyin. Qadınlar da çətin işlər görə bilir.
Balsan: Sən axmaqsan! Özünü kişilərdən üstün hesab edirsən? Amma sən mənim şalvarlarımdan özünə şalvar düzəldən, düzəltdiyi sadə şlyapaları bir işə yaramayan, heç kəsin diqqətini çəkməyən, hamının gülüb ələ saldığı axmaq bir qızcığazsan.
Şanel:(hirslə) Bilirsən nə var, cəhənnəm olsun sənin pulun da, var-dövlətin də! Bəsdir! Mən nə etdiyimi yaxşı bilirəm! Əlbəttə, haqlısan, heç kəsin diqqətini çəkmirəm.(siqaretdən çəkir və azca öskürür) Çünki diqqətini çəkə biləcəyim maraqlı və fərqli biri ilə rastlaşmamışam. Sərt, kobud, bayağı, pulu ilə özünü adam hesab edən sənin kimi Paris əclafının diqqəti heç mənə lazım da deyil!