Balsan:(qəzəblə ona şillə vurur) Səsini kəs! Mənimlə adam kimi danış! Yetimxanadan çıxan, atasını və anasını tanımayan, kafelərdə mahnı oxuyan sənin kimi kişiyəbənzər fahişənin mənimlə belə danışmağa ixtiyarı yoxdur!
Şanel:(ayağa qalxıb onun önündə dayanır və tərs-tərs onun gözlərinə baxır) Bunları sənə mənim üzümə vurmağın üçün danışmamışam! İnsan bilib dərdimi bölüşmüşəm! Mənim on iki yaşım olanda anam asmadan ölüb, sonra atam bizi – yetimxanaya verib, monastrın cansıxıcı qayda-qanunlarından bezib kafelərin kiçik səhnələrində biraz macəra yaşamışam və bütün bunlardan xilas olub biraz da zadəgan həyatı yaşamaq üçün sənə sığınmışam. Bağışla, sənin kimi atamın var-dövləti ilə özümü kişi hesab etməmişəm! (əlindəki siqareti var gücü ilə sovurub Balsanın üzünə üfürür)