Orxan bahadirsoy


Balsan:(utanaraq oturur və fikirli halda baxışlarını yerə dikir)



Yüklə 78,83 Kb.
səhifə10/77
tarix10.01.2022
ölçüsü78,83 Kb.
#108070
1   ...   6   7   8   9   10   11   12   13   ...   77
Balsan:(utanaraq oturur və fikirli halda baxışlarını yerə dikir) Sabah mənim doğum günümdür. Qonaqlar gələcək. Qulluqçular evi təmziləyib bəzəyəcək, aşbazlar yemək bişirəcək. Sən də bu cır-cındırdan özünə şalvar tikməyi burax və onlara kömək et! Bu söhbətin də bir daha açılmasını istəmirəm!

Şanel: Bu nə qədər davam edəcək?

Balsan: Xoşun gəlmirsə, rədd olub gedə bilərsən!

Şanel: Mən hara gedim?

Balsan: Səni yetimxanaya atandan sonra bir dəfə də olsun axtarmayan alçaq atanın yanına!

Şanel:(kövrəlir lakin ağladığını gizlədib qürurla ona baxır) Sən əsl əclafsan!

Balsan: Dediklərimi et! Mən getməliyəm. Dəvətlə bağlı işlərim var. Axşam görüşərik. (iti addımlarla çıxır)

Şanel: Bircə burdan xilas ola bilsəydim...!

Şalvarı və qayçını götürüb əvvəlki kimi oyan-buyan çevirib diqqətlə baxaraq çıxır. İşıq sönür.

İşıq yanır yenidən Balsanın evində. Salonda zəngin geyimli fransız kişiləri öz qadınları ilə birlikdə gəzişərək söhbət edir, ara-sıra əllərində tutduqları şərabdan içirlər. Qadınların hamısı uzun, bəzəkli, enli donlar geyinmiş, uzun saçlarını kimisi çiyinlərinə buraxmış, kimisi hörükləyib döşlərinin üstünə sallamışdır, üzünü tül örtən güllü-çiçəkli qırmızı və qara şlayapalar qoymuşlar. Salona əlində içi şərabla dolu qədəhlərlə Şanel daxil olur. O, qara, dar və dizdən biraz aşağıya qədər olan don geyinmiş, saçları düz və boynuna qədər gəlmiş, başına sadə qara şlyapa qoymuşdur. Fərqli görünüşü və süni təbəssümü ilə qonaqlara şərab təklif edir, kimisi şərab götürür, kimisi təşəkkür edib süni gülümsəyərək ondan uzaqlaşır. Şanel Etten Balsanın yanında dayanan Artur Keypelə şərab təklif edir və Artur məftunluq dolu baxışları ilə şərabı alıb azca baş əyərək Şanelə təşəkkür edir. Arturun bu heyran baxışlarının təsiri Şanelin üzündəki süni təbəssümü təbiiləşdirir və onların baxışları bir-birinə dikildiyi anda musiqi səslənir. Qonaqların içində tək olanlar bir kənarda durub şərabını içir, cüt olanlar isə bir-biri ilə rəqs etməyə başlayır. Bu anda Artur Şanelin əlindən şərabları alıb Balsana uzadır və nəzakətlə Şanelin əlindən tutub rəqsə dəvət edir. Şanelin bu jestdən məmnun olduğu təklifi dərhal qəbul etməsindən bilinir və onlar rəqsə başlayanda Balsan kinli baxışları ilə biraz onları seyr edib hirslə salondan çıxır. Rəqs davam edir və az sonra bitir.

Artur: Dəvətimi qəbul etdiyiniz üçün təşəkkür edirəm, madmuazel.

Şanel: Nəzakətinizdən dolayı mən təşəkkür etməyə borcluyam, misyö.

Artur: Rica edirəm. Gözəlliyiniz məclisə şəfəq saçır. Nədir bu fərqliliyin və cəlbediciliyin sirri?


Yüklə 78,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin