Orxan bahadirsoy



Yüklə 78,83 Kb.
səhifə15/77
tarix10.01.2022
ölçüsü78,83 Kb.
#108070
1   ...   11   12   13   14   15   16   17   18   ...   77
Artur:(xəcalətlə) Bağışlayın, madmuazel, həyatınız haqqında bilgim yoxdur.

Balsan:(Balsana) Bilməyiniz məsləhət də deyil. (Şanelə) Otağımda səni gözləyirəm. İşlərlə bağlı danışmalıyam. Tez ol! (iti addımlarla çıxır)

Artur:(həyəcanla ətrafa boylanır, daha sonra Şanelin qulağına yaxınlaşaraq pıçıltı ilə) Balsan qonaqları yola salanda mən də sağollaşıb çıxacağam. Lakin həyət qapısının önündə sizi gözləyəcəyəm. Bir saat vaxtınız olacaq.

Şanel:(onun qulağına pıçıltı ilə) Gələcəyimə əmin olun və gözləyin! Geciksəm də, gələcəyəm. (getmək istəyir, biraz aralaşandan sonra azca yüksək səslə) Mütləq gözləyin!

Artur nəzakətlə baş əyib gülümsəyir və bununla gözləyəcəyini işarə edir. Şanel çıxır. Musiqi səslənir, qonaqlar yenidən rəqsə başlayır, Artur əlindəki qədəhdən şərab içib sevinclə fikrə dalır, işıq sönür.

3 il sonra. İşıq yanır küçədə. İri hərflərlə “Shanel Modes” yazılmış bir mağazanın önündə Artur və Şanel dayanıb söhbət edirlər. Şanel damağına siqaret qoyur, Artur kibritlə yandırır.


Yüklə 78,83 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin