Şanel: Hə, hər şey yaxşıdır. Müştərilər günü gündən artır. Bilirsən, mənə nə maraqlıdır? Mənim heç kəsin bəyənmədiyi şlyapalarım necə olur ki, Paris qadınlarının diqqətini çəkir qəfildən? (siqaretdən çəkir)
Artur: Şanel, sənin istedadın Etten Balsanın malikanəsində batıb qalırdı. Sən öz bacarığından xəbərsizsən.
Şanel: Artur, mən öz tikdiyim şlyapaları satmaqla yaşamaq istəmirəm ömrüm boyu. Mən aktrisa olacağam. Hollivud məni gözləyir.
Artur: Yox, yox... Bu fikri başından atmalısan. Hal-hazırkı işin sənə çoxlu pul və şöhrət gətirəcək. Bütün dünya səni tanıyacaq. Artıq Paris səndən danışır.
Şanel: Amma mənim istədiyim bu deyil. Böyük səhnələrdən milyonlarla pərəstişkara öpüş göndərərək alqış səsləri ilə mahnı oxumaq, filmlərin siması olmaq istəyirəm.(siqaretdən çəkir)
Artur: Sənə daha böyük bir təklifim var. 3 ildir ki, bu şlyapaları satmaqdan ibarətdir sənin biznesin. Məncə, bunu böyütmək lazımdır.