Bu vaxt Şanel qara uzun donda, qara əlcəkdə, qara şlyapada, üzündən qara tül asılmış halda hüzünlə daxil olur. Onu görən qonaqlar ehtiramla kənara çəkilir, hamı məftunluqla ona baxır. İqor Stravinski cəld ona yaxınlaşır.
İqor: Madmuazel, sizi görmək nə böyük şərəfdir! (əlindən öpür)
Şanel:(laqeydliklə) Minnətdaram!
Balsan:(yaxınlaşıb əlini öpür) Yəqin məni tanımazsınız, madmuazel!
Şanel:(Balsana diqqətlə baxır) Etten Balsan? Siz burda nə gəzirsiz?
Balsan: Dərdinizə şərik olmağa gəlmişəm, madmuazel!
Şanel: Təşəkkür edirəm! (sonra ətrafdakı qonaqlara baxır) Gəldiyiniz üçün hər birinizə minnətdaram! Bu ağır və çətin gündə yanımda olduğunuz üçün çox sağ olun!