Qulluqçu: Qapıda çoxlu jurnalistlər var. Onların hamısı sizinlə danışmaq istəyir.
Şanel: Get onlara mənim danışmaq istəmədiyimi de! Dərin bir hüzünün içində olduğumu, bir müddət səssiz qalmaq istədiyimi çatdır. Və açıqla ki, Şanel yas mərasimində geyindiyi qara uzun donunu və üzü tüllə örtülü şlyapasını tezliklə sərgiləyəcək. Qoy bütün dünya qadınları qaraya bürünüb mənim sevgilimə yas saxlasın!
İqor: Bu çox böyük bir eşq olmalıdır! Siz həqiqətən xoşbəxtsiz! Bütün dünya qadınları sizin sevgilinizə yas saxlayacaq!
Şanel: İnsanlar xoşbəxtliyin içində gizlənən bədbəxtlikdən xəbərsiz olur həmişə! Siz bütün dünya qadınlarının qara geyinib mənim sevgilimə yas saxlamasını xoşbəxtlik hesab edirsiniz, amma mən həyatın toy-büsatı içində dünya qadınlarına ağ gəlinlik geyindirə bilmədiyim üçün özümü bədbəxt hesab edirəm!