Hersoq: Tutun bunu! (mühafizəçilər yaşlı kişini tutur) Bu kişi mənim qardaşımın paltarlarını geyinib! (yaşlı kişiyə) İndi de görüm qardaşımı niyə soymusan!
Yaşlı kişi:(gözündən eynəyi çıxarır) Mən Albertəm!
Hersoq: Albert! Çox böyük adamsan? Mən belə bir adam tanımıram!
Ətrafa təəccüb səsləri yayılır. Şanelin təşvişdən donmuş halda yaşlı kişiyə baxır.
Hersoq:(Şanelə)Bu doğrudur, madmuazel? Bu yaşlı kişi və soyğunçu qoca sizin atanızdır?
Şanel: Yox, yox! Bu doğru deyil! Mən belə fırıldaqçılar çox görmüşəm. Onlar atamın itkin düşdüyünü hesab edib şöhrətimə və puluma görə mənə atam olduqlarını deyirlər. Bunları həbs etmək lazımdır!
Yaşlı kişi: Bilirəm, Şanel! Sən məni qəbul etmək istəmirsən! Mənim sənin pulunda və şöhrətində gözüm yoxdur. Mən sadəcə məni bağışlamağını istəyirəm.
Şanel: Rədd edin bu adamı burdan! Bu soyğunçudur, cinayətkardır, həm də yalan danışan fırıldaqçıdır. O, zindana salınmalıdır.