İqor: Bəli, bəli! Sərxoşsunuz. Şanelin ətri sizi sərxoş edib. Lakin, mən elə bilirdim ki, bu ətir ancaq kişiləri sərxoş edir. Sən demə qadınlar da sərxoş olurmuş bu qoxuya.
Qulluqçu: Doğru deyirsiz. Hətta Merlin Monro və Jaklin Kennedi də sərxoş olublar.
İqor: Bu ətirə?
Qulluqçu: Elədir ki, var. Qəzetlərə baxın. Özləri deyirlər.
İqor: Bu ki, adi haldır. Şanel dünyanı sərxoş edə bilər.
Qulluqçu: Bağışlayın, mən heç soruşmadım, siz nə üçün gəlmisiniz?
İqor: Siz məni tanımadınız?
Qulluqçu: Yox, tanımadım, misyö.
İqor:Təqribən on beş il əvvəl, bu evə bir bəstəkar gəlmişdi Rusiyadan. Məhz Şanel üçün mahnı bəstələməyə. O bəstəkar hətta Şanellə qısa bir eşq də yaşamışdı, amma madmauzel onu vaxtsız tərk edib hersoqu seçmişdi.
Qulluqçu: Bəli. Tanıdım. Üzür istəyirəm. Bəs indi nə üçün gəlmisiz?