Отуз биринҹи дәРС



Yüklə 4,76 Mb.
səhifə29/30
tarix21.10.2017
ölçüsü4,76 Mb.
#7913
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   30

SUALLAR


1.Şəfaətin mə’nasını onun işləndiyi yerləri qeyd edin.

2.Səhih şəfaətlə şirkə qarışıq şəfaətin fərqini bəyan edin.

3.Şəfaətverənin şərtlərini izah edin.

4.Şəfaət olunan şəxsin şərtlərini bəyan edin.


ALTMIŞINCI DƏRS

BİR NEÇƏ ŞÜBHƏNİN CAVABI

Şəfaəti inkar edən ayələrin araşdırılması

Mütəal Allah şəfaət edənlərin tə’siri altına düşməz

Şəfaət edənlər heç də Allahdan mehriban deyillər

Şəfaətin ilahi ədalətlə ziddiyyəti yoxdur

Şəfaət ilahi qayda-qanunların dəyişilməsinə səbəb olmur

Şəfaət və’dəsi camaatın cür’ətlənməsinə səbəb olmaz

Şəfaətə layiqolma şərtlərini əldə etmək səadətə çatmaq yolunda çalışmaqdır

Şəfaət məsələsi ilə əlaqədar müəyyən iradlar və şübhələr irəli çəkilir ki, bu dərsdə onların ən mühümlərini cavabları ilə birlikdə bəyan edirik.

1.İlk şübhə bundan ibarətdir ki, Qur’ani-kərimin bir neçə ayəsi qiyamət günündə şəfaətin heç kəsin barəsində qəbul olunmamasına dəlalət edir. O cümlədən “Bəqərə” surəsinin 48-ci ayəsində buyurulur:



«Qorxun o gündən ki, heç kəs heç kəsin karına gəlməsin və heç kəsdən şəfaət qəbul olunmasın, bir kəsdən əvəz qəbul olunmasın və onlara kömək olunmasın.»

Cavab:

Bu kimi ayələr qayda-qanun üzərindən olmayan müstəqil şəfaətləri inkar edir. Bundan əlavə, bu ayələr ümumidir və şəfaətin, Allahın izni ilə və müəyyən qayda-qanunlar əsasında qəbul olunmasını göstərən ayələrdən fərqlənir. Belə ki, keçən dərsdə bunlar qeyd olundu.

2.Şəfaət düzgün olarsa, onda belə çıxır ki, Mütəal Allah şəfaət edən şəxslərin tə’siri altına düşür, yə’ni onların şəfaət etməsi məğfirət kimi Allaha məxsus olan sifətə yiyələnmək deməkdir.

Cavab:

Şəfaəti qəbul etmək tə’sir altına düşmək mə’nasına deyil. Eləcə də tövbənin qəbul və duanın müstəcab olması da belə düzgün olmayan şeyləri gərəkli etmir. Çünki bu halların hamısında bəndələrin işləri ilahi rəhməti qəbul etmək üçün hazırlığa səbəb olur və fəlsəfəyə əsasən desək, failin failiyyət şərti deyil, qabilin qabiliyyət şərtidir.

3.Şəfaətdən belə çıxır ki, şəfaət edənlər Allahdan da mehriban olmalıdırlar! Çünki belə fərz olunur ki, əgər onların şəfaəti olmasaydı, günahkarlar əzaba düçar olar, yaxud əzabları davam edərdi.

Cavab:

Şəfaət edənlərin ürəyiyananlıq və mehribanlıqları Allahın sonsuz rəhmətindən bir nümunədir. Başqa sözlə desək, şəfaət bir vasitəsidir ki, Allah bu yolu özünün günahkar bəndələrini bağışlamaq üçün qərar vermişdir və həqiqətdə Onun rəhmətlərinin ən yüksək səviyyədə təcəllisidir ki, layiqli və seçilmiş bəndələrində cilvələnir. Eləcə də tövbə və dua hacətlərin rəva olunması və günahların bağışlanması üçün qərar verilən başqa vasitələrdir.

4.Əgər Allahın günahkarlara əzab vermək haqqında hökmü ədalətin tələbidirsə, onların barəsində şəfaətin qəbul edilməsi də ədalətin əksinə olacaqdır. Əgər şəfaətin qəbul olunmasının tələbi olan əzabdan qurtuluş ədalətli olsa, şəfaətin baş verməsindən öncə mövcud olan əzab hökmü ədalətsiz olacaqdır.

Cavab:

İlahi hökmlərdən hər biri – istər şəfaətdən qabaq əzaba dair hökm olsun, istərsə də şəfaətdən sonra əzabdan qurtuluşa dair – ədalət və hikmətlə müvafiqdir. Hər ikisinin hikmətli və ədalətli olmasının mə’nası «zidd»ləri bir yerə toplamaq deyildir. Çünki onların mövzuları bir-birindən fərqlənir. Belə ki, günahkarların haqqında şəfaətin gerçəkləşməsi və onun qəbul olunmasına səbəb olan vasitələri nəzərə almadıqda əzaba hökm olunması günah iş görməyin tələbidir. Eləcə də əzabdan xilas olunmağa dair hökm verilməsi yuxarıdakı ziddiyyətdən irəli gəlir.

Mövzuya əlavə olaraq qeyd olunan məsələnin dəyişməsinə əsasən hökmün dəyişilməsinin hökmdə, təkvini təqdirdə, əhkamda və şəriət qanunlarında da çoxlu nümunələri vardır. Eləcə də öz zəmanəsinə nisbətən nəsx olunmuş (qüvvədən düşmüş) bir hökmün ədalətli olması nəsx edən hökmün ondan sonrakı dövrlərdə ədalətli olması ilə zidd deyildir. Dua etməkdən öncə bəlanın hikmətə uyğun olması da onun dua etdikdən və sədəqə verdikdən sonra aradan qaldırılmasının hikmətə uyğun olması ilə zidd deyildir. Şəfaətdən sonra günahın bağışlanmasına hökm etmək də şəfaətin gerçəkləşməsindən qabaq əzaba hökm edilməsi ilə zidd olmayacaqdır.

5.Mütəal Allah şeytana itaət etməyi cəhənnəm əzabına düçar olmaq səbəbi bilir və “Hicr” surəsinin 42-43-cü ayələrində buyurur:

«Həqiqətən sən (ey İblis) Mənim bəndələrimə müsəllət olmayacaqsan (onlar üzərində heç bir hökmranlığın olmayacaq). Yalnız sənə itaət edən azğınlardan başqa. Onların hamısının və’dəgahı cəhənnəmdədir.»

Həqiqətdə, axirət aləmində günahkarlara əzab verilməsi ilahi qanunlardan biridir və bildiyimiz kimi ilahi qanunlar da dəyişilmir. “Fatir” surəsinin 43-cü ayəsində buyurulur:



«Allahın qanununda heç vaxt bir dəyişiklik tapmazsan.»

Bəs şəfaətin vasitəsilə bu qanunun dəyişilməsi necə mümkün ola bilər?



Cavab:

Mə’lum şərtlər malik olan günahkarlar barəsində şəfaətin qəbul edilməsi Allahın dəyişiklik qəbul etməyən qanunlarından biridir. Yə’ni, ilahi qanun real me’yarlara tabedir və heç bir ilahi qanun onun vücudi (varlıq) və ədəmi (yoxluq) şərtlərinin yaranması ilə dəyişilmir. Lakin bu qanunlarda dəlalət edən ibarələr əksər hallarda mövzunun bütün və ya müxtəlif şərtlərinin bəyan edilməsi demək deyildir. Buna görə də elə hallar tapılır ki, bir neçə müxtəlif qanun ilə əlaqədar olan ayələrin zahiri onlara şamil olur. Halbuki, gerçəkdə ayənin xarici nümunəsi əxəs (dəlalət etmə həddi-hüdudu daha kiçik) və daha güclü me’yara tabedir. Deməli, hər bir qanun onun öz mövzusunun həqiqi şərtlərinə diqqət yetirməklə (nəinki təkcə ibarələrdə qeyd olunan şərtlərə) sabit qalacaq və dəyişkənlik qəbul etməyəcəkdir. Onlardan biri də şəfaət qanunudur ki, müəyyən olunmuş şərtlərə malik olan xüsusi günahkarlara şamildir və bu barədə dəyişkənliyə yol yoxdur.

6.Şəfaət və’dəsi insanların günaha mürtəkib olmaqda və yollarını azmaqda daha da cür’ətlənmələrinə səbəb olar.

Cavab: Tövbənin qəbul olunması və pis əməllərin üstünün örtülməsi ilə əlaqədar da irəli çəkilən belə şübhənin cavabı budur: şəfaətə və məğfirətə nail olmağın müəyyən şərtləri vardır ki, günahkar şəxsin onlara nail olub-olmadığına yəqini yoxdur. Şəfaətə nail olmağın şərtlərindən biri də budur ki, öz imanını, həyatının son anlarına qədər qoruyub saxlaya bilsin. Biz də bilirik ki, heç kəs belə bir şərtə malik olmasına tam şəkildə əmin ola bilməz. Digər tərəfdən də əgər günaha batan bir kimsənin bağışlanmağa heç bir ümidi olmazsa, ümidsizliyə düçar olub mə’yus olar və bu da onun günahları tərk etmə məqsədini zəiflədər, onu azğın yola tərəf çəkər. Məhz buna görə də ilahi mürəbbilərin (tərbiyəçilərin) tərbiyə metodu belə olmuşdur ki, onlar insanları həmişə ümidlə qorxu arasında saxlamışlar: nə ilahi rəhmətə o qədər ümidvar etmişlər ki, nəticədə “ilahi məkrdən əmin-amanlıq, arxayınlıq hissi” keçirsinlər, nə də onları ilahi əzabdan o qədər qorxutmuşlar ki, “ilahi rəhmətdən mə’yus olub ümidsizliyə” düçar olsunlar. (Çünki bunların hər ikisi – ilahi məkrdən əminamanlıq hissi keçirib arxayın olmaq və Allahın rəhmətindən tam ümidsiz olmaq böyük günahlardandır.)

7.İlahi əzabdan xilas olmaqda şəfaətin tə’siri başqalarının (şəfaət edənlərin) işinin əbədi səadət və ya bədbəxtçilikdə tə’sirli olması mə’nasınadır. Halbuki, bu məsələ ən ləysə lil-insani illa ma səaİnsanı səadətə çatdıran yeganə şey onun öz y fəaliyyətləridir ayəsinin məfhumu ilə ziddir.



Cavab: Şəxsin öz məqsəd və məramına çatmaq üçün göstərdiyi sə’ylər bə’zən birbaşa həyata keçir və yolun axırına qədər davam edir. Bə’zən də birbaşa deyil, müəyyən vasitələrlə, müqəddimə və şərtlərin hazırlanması ilə baş verir. Şəfaətə layiq görülən şəxsin sə’y və fəaliyyətləri də səadətin müqəddimələrini əldə etmək üçün sərf edilir. Çünki iman gətirmək və şəfaətə layiq görülmək üçün şəraitin əldə edilməsi də, hərçənd natamam və naqis şəkildə olsa belə, səadətə çatmaq yolunda göstərilən sə’ylər hesab olunur. Buna görə də bərzəx aləmində və məhşər səhnəsinin ilk dövrlərindəki çətinliklərə, əzaba düçar olacaq. Hər halda o öz qəlbində iman ağacını əkdiyinə, onu saleh əməllərlə inkişaf etdirdiyinə, dünyəvi həyatının axırına qədər bu ağacı qurutmadığına görə səadətin əsasını qoymuş olur. Deməli, yekun səadət onun öz sə’y və faliyyətlərinə istinadən verilir. Hərçənd şəfaət edən də bu ağacın ərsəyə çatmasında müəyyən qədər rol oynayır. Belə ki, dünyada bə’zi şəxslər də insanların hidayət olunmasında və düzgün tərbiyələnməsində tə’sirli olurlar. Onların tə’siri fərdlərin özlərinin sə’y və faliyyətlərinin inkar olunması mə’nasında deyildir.

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin