Otuz biRİNCİ DӘRS



Yüklə 0,82 Mb.
səhifə25/31
tarix23.06.2018
ölçüsü0,82 Mb.
#54596
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

ƏLLİ ALTINCI DӘRS

QUR᾿ANIN OXUNUŞ QAYDALARI


Qur᾿an, Allah kəlamı olduğu üçün bir çox xüsusiyyətləri ilə digər kitablardan fərqlənir. Bu səbəbdən də Qur᾿an oxuyan hər bir şəxs bir sıra qanun və qaydalara riayət etməlidir. Bu qaydalardan bə᾿ziləri Qur᾿ana hörmət və ehtiram, bə᾿ziləri də qarilərin Qur᾿anın mə᾿na və məfhumunun dərk etməsi üçün nəzərdə tutulmuşdur. Bu dərsimizdə onlardan bə᾿ziləri haqda söhbət açacağıq.

QARİLӘRİN ӘDӘB QAYDALARI


Yaxşı olar qarilər özlərindən yaşca böyük olan şəxslərə hörmət və ehtiramla yanaşdıqları kimi, Qur᾿an oxuduqları zaman da təharətə (təmizliyə) tam şəkildə riayət edib dəstəmaz aldıqdan sonra Qur᾿an oxumağa başlasınlar. İstər ayaq üstə, istərsə də oturduğu vəziyyətdə Qur᾿anın qarşısında son dərəcə təvazökar olmağa çalışsınlar. Uzanan halda və ya ayaqları uzadan halda, ümumiyyətlə ədəb-ərkandan uzaq olan vəziyyətlərdə Qur᾿an oxumaqdan çəkinib daim dişlərini yumağa cəhd etsinlər.

Peyğəmbər (s) buyurur:

«Həqiqətən sizin ağzınız Qur᾿anın yoludur; onu yumaqla pak saxlayın.»1

QİRAӘT OLUNAN YERLӘR


Hamam, ayaq yolu, ümumiyyətlə hörmətsizliyə səbəb olan yerlərdə Qur᾿an oxunmamalıdır. Məscid, ziyarətgah və bu kimi müqəddəs yerlərdə isə Qur᾿an oxunmasına tə᾿kid olunmuşdur. Eyni zamanda evlərdə də Qur᾿anın qiraət olunmasına xüsusi diqqət yetirilməlidir. Bu məzmunda Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir:

«Evlərinizi Qur᾿an nuru ilə münəvvər edin; yəhudi və məsihilər təkcə kilsə və mə᾿bədlərdə ibadət edib evlərinizi qəbristanlığa çevirməyin. Qur᾿an oxunan evlərdə xeyir bərəkət artar və ev sahibləri səadət və xoşbəxtçilik içində yaşayarlar.

Ulduzlar yerə işıq saçdığı kimi, həmin evlər də səma sakinlərinə nur saçar.»

Әli (ə) buyurur:

«Qur᾿an oxunub, Allah zikr olunan evlərdə xeyir-bərəkət artar və mələklərin daimi məskəninə çevrilər. Şeytanlar isə həmin evlərdən uzaq olarlar. Ulduzlar yer sakinlərinə nur saçdığı kimi, Qur᾿an oxunan evlər də nur kimi işıq saçar. Qur᾿an oxunmayan evlərdən isə xeyir-bərəkət azalar, mələklər oranı tərk edər, Şeytanlar isə oranı özlərinə məskən seçərlər».2

QİRAӘTİN MİQDARI


Nəql olunmuş rəvayətlərdə gün ərzində ən azı əlli ayə oxunulması tövsiyə olunur. İmam Sadiq (ə) buyurur:

«Qur᾿an, Allahla insanlar arasında bağlanan əhd-peymandır. Bunun üçün də hər bir müsəlman bu əhd-peymana sadiq qalmalı və hər gün ondan əlli ayə oxumalıdır».1

Səhabələrdən biri imam Sadiq (ə)-dan soruşur: «Qur᾿anı bir gündə xətm etmək olarmı?» İmam Sadiq (ə) həmin şəxsin cavabında buyurur: «Bir aydan az vaxtda xətm etməyini məsləhət görməzdim».2

Təbii ki, Qur᾿anı bir gün ərzində xətm edən şəxslər onun mə᾿na və məfhumunu olduğu kimi dərk etməyəcəklər. Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir:

«Qur᾿anı üç gündən tez xətm edənlər onu dərk etməyəcəklər.»3

ŞEYTANI᾿NӘTLӘMӘK VӘ ALLAHIN ADINI ÇӘKMӘK


Qur᾿an oxunuşunda riayət olunması lazım olan şeylərdən biri də qarinin tilavət etməzdən əvvəl Şeytanı lə᾿nətləyib (Әuzu billahi minəşşəytanir-rəcim) Allahın adını çəkməsidir (Bismillahir rəhmanir rəhim). Nəhl surəsinin 98-ci ayəsində deyilir:

«[Ya Məhəmməd!] Qur᾿an oxumaq istədiyin zaman məl᾿un Şeytandan Allaha sığın! [Әuzu billahi minəşşəytanir-rəcim sözlərini de!]»

Şeytanı lə᾿nətlədikdən sonra isə Bismillahir-rəhmanir-rəhim deyərək Allahın adı çəkilməlidir. İmam Cə᾿fər Sadiq (ə) buyurur: «Günah qapılarını Şeytanı lə᾿nətləməklə bağlayın, Allaha itaət qapılarını isə Onun adını zikr etməklə açın.»4


TӘRTİL


Allah-taala Muzzəmmil surəsinin 4-cü ayəsində buyurur:

«...Həm də aramla, ağır-ağır Qur᾿an oxu!»

İmam Sadiq (ə)-dan ayənin izahı haqda soruşduqda buyurur: «Әmirəl-mö᾿minin (ə) bu haqda buyurmuşdur: Yə᾿ni, Qur᾿an oxuyarkən şe᾿r kimi sür᾿ətlə və qısa ifadələr tək pərakəndə deyil, kəlmələri açıq aşkar bəyan edin. Daşlaşmış qəlblərinizi Qur᾿an sədası ilə qorxuya salın və tələm-tələsik surəni başa vurmağa çalışmayın».5

Yə᾿ni, Qur᾿an sür᾿ətlə oxunmamalı, lazımı yerlərdə dayanılıb mə᾿na və məfhumuna diqqət yetirilməlidir.

GÖZӘL AVAZ


Yaxşı olar ki, qarilər Qur᾿anı gözəl və ürəyə yatımlı səslə oxusunlar.

Peyğəmbər (s) buyurur:

«Qur᾿ana gözəl avazla zinət verin».1

«Həqiqətən gözəl səs Qur᾿anın zinətidir».2

«Hər şeyin bir zinəti vardır, Qur᾿anın da zinəti gözəl avazdır».3

MӘLAHӘTLİ SӘS VӘ TӘVAZÖKARLIQ


Yaxşı olar ki, qarilər Qur᾿an oxuyarkən onun əzəmətinin qarşısında kiçilib həzin səslə oxusunlar. Belə olduqda ayələrin mə᾿naları qəlbə daha tez yol tapır və insanın mə᾿nən saflaşaraq ilahi göstərişlərə tabe olmasına köməklik edir.

Hədid surəsinin 16-cı ayəsində deyilir:



«İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan [Qur᾿an] üçün yumşalması vaxtı gəlib çatmadımı?...»

Peyğəmbər (s) buyurur:

«Qur᾿anı həzin səslə oxuyun, çünki o həzin olaraq nazil olmuşdur».4

DÜŞÜNCӘ


Qarinin üzərinə düşən ən başlıca vəzifələrdən biri də ayələrin mə᾿na və məfhumunu dərk etməsidir. Çünki, Qur᾿an oxumaqdan əsas məqsəd, əxlaq və hidayət xarakterli ayələrdən düzgün nəticə əldə etmək və onları əməli olaraq həyata keçirməkdir. Bunun üçün də qarilər Qur᾿an tilavət edərkən ayələrin mə᾿na və məfhumuna diqqət yetirməli, ayələrin mə᾿nasını dərk etmədikdə isə təfsir kitablarına və təfsirçilərin irəli sürdükləri fərziyyələrə müraciət etməlidirlər.

Allah-taala Sad surəsinin 29-cu ayəsində buyurur:



«[Ya Peyğəmbər! Bu Qur᾿an] sənə nazil etdiyimiz mübarək [xeyir-bərəkətli] bir kitabdır ki, [insanlar] onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də [ondan] ibrət alsınlar».

Başqa bir ayədə buyurulur:



«Onlar Qur᾿an barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?...»5

Әli (ə) buyurur:

«Bilin ki, qiraət edərkən ayələrin mə᾿na və məfhumunu dərk etmədikdə heç bir xeyir əldə etmək olmaz».6

KİTABI [QUR᾿ANI] ÜZÜNDӘN OXUMALI


Qur᾿an oxuyan hər bir şəxs tilavət etdiyi surə, ayə və yaxud bütün Qur᾿anı əzbər bilsə belə yaxşı olar ki, onu əzbərdən deyil, Qur᾿ana nəzər salaraq oxusun. Belə ki, nəql olunmuş rəvayətlərdə Qur᾿anın üzündən oxunuşunun özünün ibadət olduğu göstərilir. İmam Cə᾿fər Sadiq (ə)-ın səhabələrindən biri deyir: İmam Cə᾿fər Sadiq (ə)-a dedim: Qur᾿anı əzbər bilirəm, onu əzbərdən oxusam yaxşı olar, ya baxaraq?

Buyurdu: «Qur᾿anı baxaraq oxusan daha yaxşı olar. Məgər bilməyirsənmi ki, Qur᾿ana baxmaq özü bir ibadətdir?!»


SUALLAR VӘ TAPŞIRIQLAR


1. Qur᾿an oxuyan şəxs qiraət zamanı hansı hisslər keçirməlidir?

2. Qur᾿an hansı yerlərdə oxunmalıdır?

3. Gün ərzində ən azı neçə ayə oxunmalıdır?

4. Tərtil nə deməkdir?

5. Qur᾿anın mə᾿na və məfhumunu dərk etməyin əhəmiyyətini bəyan edin.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin