Otuz biRİNCİ DӘRS



Yüklə 0,82 Mb.
səhifə8/31
tarix23.06.2018
ölçüsü0,82 Mb.
#54596
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

OTUZ SӘKKİZİNCİ DӘRS

MÜӘLLİMİN SİNİFDӘ ÜZӘRİNӘ DÜŞӘN VӘZİFLӘR


1. Müəllim dərsə gəldiyi zaman tam hazırlıqlı olmalıdır. Paltarlarının və bədəninin təmizliyinə xüsusi diqqət yetirməlidir. Geyindiyi paltarlar sadə və səliqəli olmalıdır. Lakin bu heç də o demək deyildir ki, olduqca bahalı paltarlar geyinib başqalarını özünə cəlb etmiş olsun. Müəllim hər şeydən əvvəl öz şəxsiyyətini qoruyub saxlamağı bacarmalı və şagirdlərinə örnək və nümunə olmalıdır.

2. Yaxşı olar ki, mənzildən çıxan zaman Peyğəmbərin (s) tövsiyə etdiyi bu duanı oxusun:

«İlahi kimsəni [haqq] yoldan azdırmaqdan, yolumu azmaqdan, büdrəyib-büdrətməkdən, kimsənin haqqını tapdayıb və kimsənin mənim haqqımı taptamasından, kimsəni nadanlığa sövq etməkdən və özümün nadanlığa düçar olmağımdan Sənə pənah gətirirəm. İlahi! Sənə yaxın olan bəndələrin əziz olarlar. Sənə sitayiş etmək olduqca böyük və əzəmətlidir və Səndən başqa ibadət olunası varlıq yoxdur».1

Sonra bunları demək daha yaxşı olar:

«Allahın adı ilə! Allah mənə kifayət edər. Ona təvəkkül etdim. Ondan böyük və əzəmətli qüdrət sahibi yoxdur. O, böyük və uca olan Allahdır. İlahi! Qəlbimi imanla dolu və haqqı dilimə gətir».2

3. Müəllim sinifə girdiyi zaman şagirdlərə salam verib, gülər üzlə onlarla hal-əhval tutmalıdır. O, özünün müəllimlik əxlaq və davranışını dərsin əvvəlindən sonunadək qoruyub saxlamağa çalışmalıdır. Dərs boyu şagirdlərin diqqətini özünə cəlb etməli, şagirdlərin dərsdən yayınmalarına yol verməməlidir. Dərsin gedişatını tam ələ almalı, şagirdləri diqqət mərkəzində saxlamaq üçün sinifdə özünə münasib bir yer seçməlidir.

4. Dərsi Allahın adı ilə başlayıb Ona həmd və səna etməklə başa vurmalıdır ki, bu xüsusiyyət şagirdlərdə də adət halına çevrilsin. Әxlaq alimləri müəllimlərə tövsiyə etmişlər ki, dərsə başlamazdan əvvəl hətta iki rük᾿ət namaz qılıb Allah-taaladan bu işdə onlara kömək etməsini diləsinlər. Bütün bunlar şagirdlərin dərsə olan əlaqələrini daha da artırır və təhsilə daha böyük əhəmiyyət verib, niyyət saflığı və Allah rizasına nail olmağa böyük köməklik göstərir.

5. Müəllimin tədris üsulu elə olmalıdır ki, şagirdlər onun öz dediklərini qəbul etdiyinə yəqinlik hasil etsinlər. Әks təqdirdə, müəllimin dediklərinə nəinki əməl olunmayacaq, şagirdlərə heç bir müsbət tə᾿sir də göstərməyəcəkdir. Bunun üçün də müəllim dərsin gedişatına ciddi yanaşmalı, yersiz zarafat və əyləncələrə yol verməməlidir. Lakin ciddilik dedikdə, heç də müəllimin şagirdlərə soyuq münasibət bəsləyib onlara qarşı amansız olması nəzərdə tutulmur. Müəllim daim dərsin gedişatına nəzarət etməli və şagirdlərin dərsdən yayınmalarına yol verməməlidir. Onlarda yorğunluq hiss etdikdə əhval-ruhiyyələrinin yüksəldilməsi üçün qısa və mə᾿nalı zarafatla yorğunluqlarının aradan qaldırılmasına çalışmalıdır. Lakin zarafat etdikdə də ifrata varıb dərsin pozulmasına yol verməməlidir. Әks təqdirdə, müəllim sinfi idarə etməyə qadir olmayacaqdır.

6. Müəllimin özünəməxsus tədris üsulu olmalı, şagirdlərə, tədris edəcəyi kitablar haqda əvvəlcədən mə᾿lumat verməlidir.

Nəzərdə tutduğu mövzunu izah etməzdən əvvəl şagirdlərin iste᾿dad və bacarıqlarını, həmçinin onların elmi səviyyələrini nəzər

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin