ƏLLİ BEŞİNCİ DӘRS QUR᾿ANIN FӘZİLӘTİ
Peyğəmbər (s) buyurur:
«Allah bütün varlıqlardan üstün olduğu kimi, Qur᾿an da digər kəlamlardan üstün və fəzilətlidir.»1
«Qur᾿an elə bir sərvətdir ki, nə ondan artıq sərvət var, nə də ondan sonra yoxsulluq».2
«Әn doğru söz, ən mö᾿təbər kəlam, hikmətli nəsihətlər və ən gözəl əhvalatlar Allahın kitabındandır.»3
Әli (ə) buyurur: «Sizlərə Qur᾿an oxumağı və Qur᾿anla yaşamağı tövsiyə edirəm. Onu özünüzə rəhbər və hidayətçi bilin».4
«Agah olun ki, kimsə Qur᾿anı dərk etdikdən sonra yoxsulluğa düçar olmayacaq və Qur᾿anı dərk etməzdən əvvəl kimsə var-dövlət sahibi olmayacaqdır. Elə isə Qur᾿andan xəstələriniz üçün şəfa və çətinlikləriniz üçün kömək diləyin. Çünki Qur᾿an sizin üçün ən böyük dərman və şəfa mənbəyidir. Qarşılaşdığınız bəla və müsibətlər isə küfr, nifaq və haqq yoldan sapınmağınızdır.»5
QUR᾿AN OXUMAĞIN FӘZİLӘTİ
Peyğəmbər (s) buyurur:
«Ümmətimin ən böyük ibadəti onların Qur᾿an tilavət etmələridir.»6
«Qur᾿an əhli, Allah-taalanın xas bəndələridirlər».7
«Dəmir pas atdığı kimi, qəlblər də daşlaşaraq məhv olur». Peyğəmbərdən (s) bundan necə yaxa qurtarmaq haqda soruşduqda buyurur: «Qur᾿an oxumaq və ölümü xatırlamaqla.»8
«Allahla danışmaq istəyirsinizsə Qur᾿an oxuyun».
«Sizlərə Qur᾿an oxumağı tövsiyə edirəm. Çünki, Qur᾿an günahların kəffarəsi və cəhənnəm odundan böyük bir sığınacaqdır.»9
«Qur᾿an oxumaqdan qafil olmayın, çünki Qur᾿an insanı günah və bütün pisliklərdən uzaq edir».10
Әli (ə) buyurur:
«Qur᾿an oxumağa alışan şəxslər, qardaşlarından (mö᾿min dostlarından) uzaq düşəcəyinə əsla nigaran olmazlar».1
«Qur᾿an oxumaq imanı gücləndirir.»2
İmam Cə᾿fər Sadiq (ə) buyurur: «Hər bir cavan mö᾿min Qur᾿an oxumaqla onu ət və qanına çəkir və Allah-taala onu axirətdə Özünün böyük peyğəmbərləri ilə birlikdə sakin edər».3
QUR᾿AN ÖYRӘNMӘYİN FӘZİLӘTİ
Peyğəmbər (s) buyurur:
«Həqiqətən Qur᾿an ilahi süfrədir, elə isə bacardığınız qədər ondan bəhrələnin».4
Peyğəmbər (s) Muaz ibni Cəbələ tövsiyə edərək buyurur: «Ey Muaz! Әgər xoşbəxt insanlar kimi yaşamaq, şəhidlər kimi ölmək, məhşərdə azad olmaq qiyamət günü əmin-amanlıqda qalmaq, o günün qaranlıq və zülmətindən yaxa qurtarmaq, qızmar günlərdə kölgə və asayişdə olmaq, susuz olduğun günlərdə susuzluğunu dəf etmək, çətinliklərlə qarşılaşdığın zaman öz mövqeyini qoruyub saxlamaq, haqq yoldan uzaq düşdüyün zaman hidayət olmağını istəyirsənsə, Qur᾿anı öyrən. O, mehriban Allahı yad etməkdə ən gözəl vasitə, Şeytanın müqabilində böyük bir zireh və əməllərin ölçülməsi üçün ən yaxşı me᾿yardır».5
Peyğəmbər (s) buyurur:
«Sizlərdən biriniz digərinizə Qur᾿an ayələrindən birini öyrədərsə, həmin şəxsin ağasına çevrilər. Elə isə onlara qarşı hörmətsizlik etməməli və hüquqlarını taptalamamalıdır. Belə bir kobudluğa yol verən şəxslər, sanki islamın dayaqlarından birini viran etmiş olarlar».6
«Allahın evlərindən birinə [məscidlərdən] yığışıb Qur᾿anı öyrənən şəxslərə Allahın rəhmət və bərəkəti nazil olar və mələklər onları əhatə edərək xoş sözlərlə yad edərlər».7
«Allah-taala qiyamət günü övladına Qur᾿an öyrədən şəxslərin boynuna elə bir boyunbağı salar ki, gözəlliyindən məhşərdə hamını heyran edər».8
Әli (ə) buyurur: «Övladın atanın üzərində olan haqqı ona gözəl ad qoymaq, tərbiyə etmək və Qur᾿an öyrətməkdən ibarətdir».
«Qur᾿an oxumağı öyrənin, çünki o, ən gözəl kəlamdır; onun mə᾿na və məfhumunu dərk edib yaxşıca düşünüb daşının, çünki o, qəlblərə bahar gətirir; ondan şəfa istəyin, çünki o, canların şəfasıdır; onu gözəl oxuyun, çünki orada ən gözəl əhvalatlar söylənilir».1
İmam Cə’fər Sadiq (ə) buyurur:
«Yaxşı olar ki, mö᾿minlər dünyalarını dəyişməyənədək Qur᾿an öyrənsinlər və ya dünyalarını dəyişdikləri zaman Qur᾿an öyrənməklə məşğul olsunlar».2
QUR᾿ANI ӘZBӘRLӘYİB DӘRK ETMӘYİN FӘZİLӘTİ
Peyğəmbər (s) buyurur:
«Ümmətimin böyükləri Qur᾿an oxuyan və gecələrini ibadətlə keçirənlərdir.»3
«Qur᾿an oxuyanlar Cənnət əhlinin arifləri olacaqlar».4
«Allah-taala Qur᾿anı yaşadan qəlblərə əzab verməyəcəkdir.»
«Qur᾿an əhli Cənnətdə peyğəmbərlərdən sonra sakin olarlar. Elə isə Allahın yanında böyük məqam sahibləri olduqları üçün onların hüquqlarını taptalamayın.»5
«Qur᾿an bəxş olunan şəxslər, əgər Allahın kiməsə onlara veriləndən daha artığını bəxş etdiyini güman edərsə, ilahi ne᾿mətlərə təhqir gözü ilə baxmış olar».6
«Qur᾿anla yaşamayanlar xaraba evə bənzərlər».7
«Qur᾿ana əməl edən Qur᾿an hafizləri axirətdə Allahın peyğəmbərləri ilə birgə olarlar».8
«İnsanlardan bə᾿ziləri, başqaları filan şəxs «Qur᾿an qarisidir» desinlər deyə, bə᾿ziləri dünyəvi məqsədlər üçün, bə᾿ziləri də ömürləri ondan bəhrələnsin deyə, Qur᾿an oxuyarlar».9
QUR᾿ANIN DİNLӘNİLMӘSİ
Peyğəmbər (s) buyurur:
«Kim Allah aşiqidirsə, Onun kəlamını dinləsin».10
«Kim bir ayəyə qulaq asarsa, əməl dəftərinə iki bərabər savab yazılar. Onu dinləyənlər üçün isə məhşər olduqca nurlu olar».11
«Qur᾿an oxuyanlardan dünya, onu dinləyənlərdən isə axirətin dərd və bəlaları dəf olar».12
SUALLAR VӘ TAPŞIRIQLAR
1. Nəql olunmuş rəvayətlərdə Qur᾿anın dəyər və əhəmiyyəti haqda nə deyilir?
2. Qur᾿anın tilavəti nə kimi mə᾿nəvi nəticələr verir?
3. Qur᾿anı öyrənib tə᾿lim etmək nə kimi nəticələr verir?
4. Nəql olunmuş rəvayətlərdə Qur᾿anı dinləyənlərə hansı mükafatlar nəzərdə tutulduğundan danışılır?
Dostları ilə paylaş: |