Ovçu və pələng



Yüklə 43,05 Kb.
səhifə2/2
tarix08.12.2022
ölçüsü43,05 Kb.
#120633
1   2
DOC-20221206-WA0127.

Qori Seminariyası
1876-cı ilin mayında “Əkinçi” qəzeti yazırdı: “…Qori şəhərində bir məktəbxana açılıb ki, orada oxuyan şagirdləri müəllim eləsinlər. O məktəbxanada 20 nəfər erməni və gürcü padşahlıq xərcinə oxuyacaq. İndi “Kafkaz” adlı qəzet yazır ki, doğrudur, müsəlmanların məktəbxanaları üçün müəllimləri oxutmaqdan ötrü əlahiddə məktəbxana açılacaq, amma indi müsəlmanlardan hər kəs xahiş etsə, zikr olan Qoridə açılan məktəbxanaya öz uşaqlarını öz xərcinə qoya bilər. Oraya oxumağa girən hər kəs gərək mahal məktəbdə oxumuş ola və özü 16–19 yaşında ola. Orada 3 il dərs deyiləcək”. Hələ 1875-ci il aprelin 8-də Zaqafqaziya Müəllimlər Seminariyasının “Əsasnamə”sindəki bir qeyddə deyilirdi ki, müsəlmanlar xüsusi müsəlman müəllim məktəbi açılana kimi bu seminariyaya və onun nəzdindəki məktəbə daxil ola bilərlər.
1876-cı ildə Qafqaz xalqlarının – gürcülərin, ermənilərin, dağıstanlıların və tatarların (o vaxt azərbaycanlıları belə adlandırırdılar) ibtidai məktəblər üçün müəllim kadrları hazırlamaq məqsədilə Qoridə Müəllimlər Seminariyası açılmışdı. Ümumi təhsil rus dilində olsa da, hər millətin öz ana dilini və şəriət dərsini ayrıca keçirdilər, eyni zamanda hər bir fənn tədris edilirdi.
Seminariyada Azərbaycan şöbəsinin açılması çətinliklə də olsa, təsdiqlənəndən sonra Azərbaycanın duz-çörəyi ilə böyüyən və bu xalqı canı, qanı qədər sevən Aleksey Osipoviç Çernyayevski şöbənin inspektoru təyin edildi. Seminariyanın təsisçisi Dmitri Dmitriyeviç Semyonov onu yanına çağıraraq ümidsizcəsinə deyir ki, şöbə açılsa da, ərizə verən çox azdır, belə getsə, şöbənin fəaliyyət göstərməsi sual altında qalacaq. Aleksey Osipoviç isə ümidini üzmür və şöbənin açılması üçün axtarışa çıxır. O, İrəvanda, Naxçıvanda, Gəncədə, Şuşada, Şamaxıda, Qubada və Dərbənddə olur, qapı-qapı gəzib qəza mərkəzlərində seminariyaya uşaq toplayırdı. Valideynlərə təhsilin, maarifin nə demək olduğunu izah edib deyirdi ki, məqsədimiz Azərbaycan xalqının qaranlıq yollarını işıqlandırmaqdır, balalarınızı bu işığı yandırmaqdan məhrum etməyin.
Bu yolun işığına düşüb Qori Seminariyasına təhsil, maarif, mədəniyyət dalınca gedən azərbaycanlıların sayı ildən-ilə artırdı. Firidun bəy Köçərli, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Rəşid bəy Əfəndiyev, Müslüm Maqomayev, Şıxlinskilər, Süleyman Sani Axundov, Nəriman Nərimanov, və başqaları Qori Seminariyasını bitirdikdən sonra Azərbaycanın azadlığı uğrunda başlanan istiqlal savaşında mücadilə edənlərin sırasına qoşuldular və həyatlarının sonunadək bu mübarizədən çəkinmədilər.
Qarşıya qoyulan birinci məsələ Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi idi. Ziyalı şəxs Firidun bəy Köçərli bu işin reallaşması üçün mübarizəyə başlamışdı. Azərbaycan maarifçiləri bu mühüm işə 1884-cü ildən təşəbbüs göstərirdilər. Fikirlərini belə əsaslandırırdılar ki, məsafənin uzaqlığı, Qoridə azərbaycanlıların yaşamaması, şagird azlığı müəllim kadrların arzuedilən səviyyədə hazırlanmasına mane olur.Firidun bəy Bakıda “Nəşri-maarif” cəmiyyətinin toplantısında çıxış edərək seminariyanın Azərbaycan şöbəsində vəziyyətin ağır olduğunu söyləyir və məktəbin Azərbaycanın şəhərlərinin birinə köçürülməsi məsələsini qaldırır. Lakin nə rus çarlığı, nə də gürcü knyazlığı buna icazə vermir. Başqa çarə də yox idi.
Yay məzuniyyətində məktəbin bağlı olmasından, rus çarının yıxılmasından və gürcü knyazlarının başları hökumət qurmağa qarışdığından fürsət tapan Firidun bəy bir dəqiqəni belə fövtə vermir. Seminariyanın Azərbaycan şöbəsinə məxsus bütün dəftərxana ləvazimatını, müxtəlif avadanlıqları vaqona dolduraraq öz xərci ilə xəlvətcə Ağdama qaçırır.1918-cı ildə Qori Seminariyasının Azərbaycan bölməsi ilk Azərbaycan Respublikasının maliyyə vəsaiti hesabına Qazax şəhərinə ..................

1.Mətndə işlənmiş “təsisçi” sözünü nə ilə əvəz etmək olar?


A)təməlini qoyan
B)böyüdən
C) inkişaf etdirən
D)yaşadan
E) nəsildən-nəslə ötürən

2.Mətnə əsasən hansı fikir yanlışdır?


A)Uşaqlar öz xərclərinə oxumalı idilər.
B)Seminariyada oxumaq üçün müəyyən şərtlər var idi.
C)Ümumi təhsil rus dilində idi.
D)Seminariya müxtəlif millətlərdən uşaqlar var idi.
E)Seminariyanın müsəlman şöbəsi ilk dəfə Qazaxda açılır.
3.Aşağıdakılardan biri mətnin nəticə hissəsinə aiddir:
A)Əkinçi qəzetində məxtəbxana açılması haqqında yazı.
B)Seminariya ləvazimatlarının Ağdama qaçırılması.
C)Müəllimlər seminariyasının əsasnaməsi.
D)Seminariyanın köçürülməsindəki təşəbbüs.
E)Firidun bəyin “Nəşri-maarif” cəmiyyətindəki çıxışı.

4.Hansı hadisələrin qruplaşmasında səhvə yol verilib?


A)Giriş hissə- “Kafkaz” adlı qəzetin yazısı
B)Əsas hissə- Şöbəyə ərizə verənlərin say azlığı
C)Əsas hissə- Firidun bəyin Nəşri-Maarifdə çıxışı
D)Əsas hissə- Seminariyanın məzunları
E)Giriş hissə- Seminariyanın köçürülməsi

5.Mətndə nöqtələrin yerinə yazıla bilməz.


A) köçürülür
B) dəyişdirilir
C) çevrilir
D) daşınır
E) aparılır

6.F.Köçərli seminariyanı Azərbaycan şəhərlərinin birinə köçürülmə istəyinin səbəbi kimi verilə bilməz.


A)Qoridə azərbaycanlıların yaşamaması
B)Məsafənin uzaqlığı
C)Müəllim kadrları arzuedilən dərəcədə hazırlanmır
D)Orda yaşamaq istəyi
E)Şagird azlığı

7.Biri yanlışdır


Firudin bəy Köçərli ........

  1. Seminariyanın Qazaxa köçürülməsini istəyir.

  2. Müəllimlər seminariyasının əsasnaməsini hazırlayıb.

  3. Seminariyanın məzunlarından olub.

  4. Məktəb ləvazimatlarını Ağdama qaçırır.

  5. Nəşri cəmiyyətin toplantısında çıxış edir.

8.Aleksey Osipoviç Çernejayevski və Firidun bəy Köçərliyə ortaq cəhətdir:


A) Müsəlman şöbəsinin açılması üçün axtarışa çıxır.
B) Əkinçi qəzetində yazılarla çıxışlar etmək.
C) Seminariyaya xidmətləri olmuşdur.
D) Seminariyanın tələbəsi olmuşlar.
E) “Nəşri-maarif” cəmiyyətinin toplantısında çıxış etmək.

9.Mətndə adı çəkilən şəxslərdən hansılar Qori Seminariyasının məzunlarıdır?


10.F.Köçərlinin seminariya üçün etdiklərini sadalayın.

1.Açıqcasına zərfinin tərkibinə görə düzgün sxemini müəyyən edin.


A) kök ∧∩∩
B) kök ∧
C) kök ∧∧∩∩
D) kök ∧∧
E) kök ∧∧∧∩

2.Biri omonim frazeoloji birləşmə deyil.


A) ürəyi yanmaq
B) dilotu yemək
C) can vermək
D) üz vermək
E) başa vurmaq

3.Hansı cümlədə sifət isimləşib?



  1. Su kiçiyin,yol böyüyün.

  2. Mərdi qova-qova namərd etməzlər.

  3. Mərd oğulun qəhrin çəkər mərd ana.

  4. Namərdi özümə mən dost eylədim.

  5. Cavan oğlan irəliyə baxırdı.

A)1;2;3 B)1;4;5 C)1;2;4 D)2;4;5 E)1;3;5

4.Eyniköklü sözlərin cərgəsini müəyyən edin.


A) uçuş, uçqun, uçurmaq
B) ələk, əlcək, əlvan, əldəki
C) gülçü, güllük, güldan, gülüstan
D) dərin,dərmək,dərə, dərələr
E) bağ, bağça, bağdan,bağban

5.Ardıcıllığı tamamlayın.


Dümqarabənövşəyitəhəruzunsaçlıtünd qırmızıala-yarımçıq?

  1. Sapsarı

  2. Ağımtıl

  3. Xırdaca

  4. Açıq-yaşıl

  5. Möhkəm

6.Sifətləri müəyyən edin.



  1. xüsusi A)1;3;5

  2. nəfs B) 2;3;4

  3. ictimai C)1;4;6

  4. ibtidai D)1;5;6

  5. sevinc E)1;2;3

7.Cümlələrin birində “ağıl” sözünün kökündəki “ı” hərfi düşməməlidir:


A)İnsan hər bir işdə ağlı özünə yardımçı seçməlidirm
B)Ağlınız bizi heyran etdi.
C)Ağlı, kamalı başında idi.
D)Ağlım kəsəndən onu həmişə belə görmüşəm.
E)Bu işdən ağlım bir şey kəsmədi.

8.Yanında balası yağış gölündən


Əyilib su içir bir ana ceyran.

  1. Adlıq, yiyəlik,adlıq

  2. Təsirlik, yiyəlik,adlıq

  3. Adlıq, yiyəlik, təsirlik

  4. Təsirlik,adlıq, təsirlik

  5. Adlıq,adlıq, təsirlik

9.Feildən düzəlmiş isimləri seçin.


A)qorxu,yanğın
B)döyüşçü,bitkin
C)qarışıq,qorxulu
D)imkanlı,satqın
E)qorxaq,cürətli

10.İfadələrin birində numerativ söz işlənməyib.


A)bir qırmızı göl
B)bir sap mirvari
C)bir-iki nəfər adam
D)bir vaqon paltar
E)bir ədəd qələm
Yüklə 43,05 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin