ӨвсафүЛ-Әшраф



Yüklə 0,63 Mb.
səhifə15/48
tarix06.01.2022
ölçüsü0,63 Mb.
#112033
1   ...   11   12   13   14   15   16   17   18   ...   48

Xas və əxəss tövbə


Xas tövbə övla işin tərk edilməsini bildirən tövbədir. Bu tövbənin şəraiti də ümumi tövbədə yad edilən kimidir. Allah-taala bu barədə buyurmuşdur: “Allah çətin saatda bir qismin ürəyi (şəkk-şübhəyə düşüb peyğəmbərdən və cihaddan) dönmək üzrə ikən Peyğəmbərə (s), onun ardınca gedən mühacirlərə və ənsara tövbə nəsib etdi.”4

Və amma əxəss tövbə iki şeyə nisbətdə hasil olur:

1. Salikin tutduğu yoldan qeyrisinə iltifatından və diqqətindən tövbə etməsi. Bu barədə demişlər: “Sağ və sol – hər iki tərəf azdırıcıdır.”1

2. Seyri-süluk əhlinin keçməsi vacib olan mərhələdən enməsi və o mərhələdə dayanmasından edilən tövbə. Onların orada dayanması günah sayılır. Yə`ni kamalın bir mərhələsini başa vurmaqla kifayətlənməməli, həmin mərtəbədə qalmaqla razılaşmamalıdır ki, bu iş onlar üçün günah hesab olunur. Buna görə də demişlər: “Yaxşıların bəyənilən işləri müqərrəblər üçün günah hesab olunur”2

Bunun üçün də seyri-süluk əhli kamalın hər mərhələsinə yetişdikdə daha yüksək mərhələyə diqqət yetirməli, həmin mərhələdə dayanmağı özlərinə günah bilməlidirlər. [Əgər belə bir günahla qarşılaşmalı olsalar] tövbə, istiğfar, israrın tərki, keçmişdə buraxdıqları səhvlərdən peşmançılıq və Allah dərgahında ağlayıb-sızlamaqla özlərini paklamalıdırlar.

“Kim Allaha tövbə etsə və xalis bəndə olsa, Allah da onun üçün olar. Allah (günahından) tövbə edənləri, təmiz və pak olanları sevər!”3




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin