ӨвсафүЛ-Әшраф



Yüklə 0,63 Mb.
səhifə18/48
tarix06.01.2022
ölçüsü0,63 Mb.
#112033
1   ...   14   15   16   17   18   19   20   21   ...   48

Üçüncü fəsil

Fəqr


Allah-taala fəqr barədə buyurur: “Acizlərə, xəstələrə və sərf etməyə bir şey tapa bilməyənlərə heç bir günah yoxdur”1

“Fəqir” o kəsə deyirlər ki, ya heç malı, pulu yoxdur ya da olsa da, onun xərclərini ödəyəcək həddə deyil. Amma burada fəqir dedikdə biz o kəsi nəzərdə tuturuq ki, mal-dövlətə, dünyəvi işlərə rəğbəti olmasın və əgər əlinə mal-dövlət də keçmiş olsa, onu toplamağa səy etməsin. [Əlbəttə dediyimiz bu fəqirlik] nə nadanlıq üzündən, nə maneə və qəflət üzündən və ya nə şəhvətə, şöhrətə, məşhurlaşmağa görə, özünə yaxşı ad qazanmaq tamahı ilə və ya cəhənnəm əzabının qorxusu, ya axirət savabının şövqü ilə olmamalıdır. [Bu yerdə] fəqirlik dünyaya e`tinasızlıq deməkdir; belə ki, fəqirlik həqiqət yolunun yolçuları üçün lazımlı şərtlərdən olub Allahın haqqına riayət etməyə və gözləməyə məşğul olmaqdır ki, Allahdan qeyri heç bir şey onlar üçün hicaba çevrilməsin. Bu “fəqr”, həqiqətdə “zöhd”ün bir şö`bəsidir.

Peyğəmbəri-əkrəm (s) buyurur: “Sizə cənnət əhlinin hökmdarlarından xəbər verimmi? Dedilər: “Bəli.” Buyurdu:”Saçları qarışmış, üzlərinə qubar oturmuş, camaatın e`tina etmədiyi bütün zəiflərdir (onlar!) əgər Allaha and versələr, Allah dualarını qəbul edər.”2

O Həzrətə (s) deyəndə ki: “Bətha və Məkkə torpaqları qızıl ilə doludur, əgər istəyirsənsə sənə verək.” Cavabında buyurdu: “Xeyr! [Bəlkə belə yaxşıdır ki,] bir gün ac oluram, ehtiyac əlimi Sənə uzadıram və bir gün tox oluram Sənə şükür edirəm.”3




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin