Dördüncü fəsil Riyazət
Allah-taala riyazət barəsində buyurur: “Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinin istəyini (şəhvət) boğmuşsa, həqiqətən, onun yurdu cənnətdir!”1
“Riyazət”in lüğəvi mə`nası heyvanı ram etmək, onu xoşagəlməz hərəkətlərdən çəkindirmək və sahibinin verdiyi bütün buyruqlara onu adət etdirməkdir. Bizim də burda məqsədimiz riyazət dedikdə, heyvani nəfsin2 şəhvət və qəzəb qüvvəsində və bu iki qüvvəyə aid olan şeylərdən itaətinə mane olmaq və [həmçinin] natiqə nəfsin3 heyvani qüvvəyə, mal toplamaq, vəzifəyə olan hərislik və bu hərislikdən törənə biləcək hiylə, məkr, qeybət, təəssüb, qəzəb, kin, həsəd, fisq, şər işlərdə batıb qalmaq və xoşagəlməz adətlər kimi əxlaqi rəzilətlərə və əməllərə tabe olmağının qarşısını almaqdır.
Və həmçinin, riyazət dedikdə məqsədimiz, mümkün kamala çatmaq yolunda nəfsin, əql və əməldən itaətini adətə çevirməkdir. Və amma şəhvət qüvvəsinə tabe olan nəfsə “bəhimi” deyərlər, qəzəb qüvvəsinə tabe olan nəfs “səbu`i” deyərlər və əxlaqi rəzilətləri özündə adətə çevirmiş nəfsi “şeytani” adlandırarlar.
Allah Qur`anda bu üç nəfsi “əmmarə nəfs”1 adlandırmışdır. [Əlbəttə] əgər bu rəzilətlər nəfsdə sabit olmuş olsa, amma əgər sabit olmasa və ya hərdən insanda gah xeyirə, gah da şərə təmayül etsə və ya xeyirə meyilli olub, şərə meyillilikdən peşman olsa və özünü danlasa, o nəfsə “ləvvamə nəfs”2 demişdir.
Və amma əqlə tabe olub xeyir tələbini özündə adətə çevirmiş nəfsi “mütməinnə nəfs”3 adlandırmışdır.
Dostları ilə paylaş: |