Məhəbbət haqqında zövq əhlinin nəzəri
Zövq əhli2 demişdir: Ümid, qorxu, şövq, üns, şadlıq, təvəkkül, riza və təslim – bunlar hamısı məhəbbət üçün lazım bilinən şeylərdir, çünki məhəbbət, məhbubun rəhmətinin təsəvvürü ilə “ümidi” zəruri edir, Onun heybətinin təsəvvürü ilə “qorxunu” zəruri edir, Ona qovuşmazlığın təsəvvürü ilə “şövqü”, Ona qovuşmağın təsəvvürü ilə “ünsü”, ifrat ünsiyyətin təsəvvürü ilə “şadlığı”, inayətə arxayınlığın təsəvvürü ilə “təvəkkülü”, məhbubdan gələn hər bir şeyin gözəl olduğunun təsəvvürü ilə “rizanı”, özünün aciz, qüsurlu olduğunun, Onun [məhbubun isə] kamalının, əhatəsinin və qüdrətinin təsəvvürü ilə “təslimi” zəruri edir.
Xülasə, həqiqi məhəbbətin bir həddi də təslimdir. Bu o zaman olur ki, insan öz məhbubunu Mütləq hakim, özünü isə mütləq məhkum bilsin. Həqiqi aşiqin bir həddi də fənadır. Bu o zaman olur ki, aşiq bütün şeyləri mə`şuqda görür və özünü görmür. Əgər bir kəs bu məqama çatsa, Allahdan qeyri bütün şeylər onun gözündə hicab [hesab] olunacaqdır. Beləliklə, onun seyri-sülukunun nəhayəti bu olar ki, bütün şeylərdən üz çevirib [yalnız] diqqətini Ona yönəltsin. “Bütün işlər axırda Ona (Allaha) qayıdacaqdır.”1
Dostları ilə paylaş: |