Altıncı fəsil Sükun1
Allah-taala sükun haqqında buyurur: “O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (mö`minlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!”2
“Sükun” iki növdür:
1. Nöqsan əhlinə məxsus sükun. Bu sükun sülukdan qabaqdır, çünki onun sahibi mətləbdən və kamaldan xəbərsiz olar. Bu növ sükuna “qəflət” deyərlər.
2. Kamal əhlinə məxsus olan sükun. Bu sükun sülukdan sonra, mətləbə çatan zaman hasil olur. Bu növ sükuna “itminan” deyərlər. Bu iki sükun arasında olan hala hərəkət və [ya] seyri-süluk deyərlər. Hərəkət vüsaldan öncə məhəbbətin zərurətlərindən olar və sükun mə`rifətin zərurətlərindən olub vüsalla yanışı olar. Buna görə də demişlər: “Əgər arif hərəkət etsə həlak olar və əgər mühibb3 aram dursa həlak olar. Bundan da mübaliğəlisini demişlər, o budur ki: “Əgər arif danışsa həlak olar, əgər mühibb sükut etsə həlak olar.”
Vüsala çatana qədər salikin əhvalı belə olar. Doğrusunu Allah bilir.
Dostları ilə paylaş: |