ӨвсафүЛ-Әшраф



Yüklə 0,63 Mb.
səhifə41/48
tarix06.01.2022
ölçüsü0,63 Mb.
#112033
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

İkinci fəsil

Riza


Allah-taala riza barəsində buyurur: “Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür...”3

“Riza”, razılıq mə`nasındadır. Bu, [Allahın işlərinə nisbətdə] məhəbbətin səmərəsi və istər zahirdə, istər batində, istər dildə və istərsə də əməldə inkarın olmamasının nəticəsidir. “Nəzər əhli”nin4 istəyi odur ki, Allah onlardan razı olsun ki, Allahın qəzəbindən və əzabından amanda olsunlar, amma “Həqiqət əhli”nin5 istəyi odur ki, onlar Allahdan razı olsunlar, ölüm və həyat, bəqa və fəna, əziyyət və rahatlıq, xoşbəxtlik və bədbəxtlik, sərvət və fəqirlik kimi müxtəlif hallardan heç biri onların təbinə müxalif olmasın və birini digərindən üstün bilməsinlər, çünki bilirlər ki, bu halların hamısı Allah-taala tərəfindəndir və Allah-taalanın məhəbbəti onların qəlbində möhkəm yer tutmuşdur. Beləliklə, Onun iradə və muradından artıq bir şey istəməzlər, qarşılaşdıqları hər bir hadisəyə razı olarlar.




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin