ӨвсафүЛ-Әшраф



Yüklə 0,63 Mb.
səhifə43/48
tarix06.01.2022
ölçüsü0,63 Mb.
#112033
1   ...   40   41   42   43   44   45   46   47   48

Üçüncü fəsil

Təslim


Allah-taala təslim barəsində buyurur: “Amma xeyr! (Ya Rəsulum) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) tə`yin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə təslim olmayınca, (həqiqi surətdə) iman gətirmiş olmazlar.4

“Təslim” lüğətdə yenidən geri qaytarmaq mə`nasındadır, amma burada təslim deyəndə məqsəd odur ki, Salik özünə nisbət verdiyi hər bir şeyi Allaha tapşırsın. Bu təvəkkül mərtəbəsindən yuxarıdadır, çünki təvəkküldə insan işi Allaha tapşırır və həmin işə Allahı vəkil tutur; deməli insan özünün o işlə əlaqəsinin [üzülmədiyini] yerində qaldığını görür, amma təslimdə bu bağlılığı da bütövlükdə qırır ki, özünə aid hesab etdiyi hər bir işi Allaha aid bilsin.

Və həmçinin təslim məqamı riza məqamından yüksəkdə olar, çünki riza mərtəbəsində Allahın gördüyü hər bir işdən bəndə razı qalar, amma təslim mərtəbəsində insan əsasən öz istəyini, istəyinə müvafiq və müxalif olan hər bir şeyi Allaha tapşırır, onun heç bir istəyi qalmaz ki, bir şeyə müxalif və ya müvafiq olmuş olsun.

Deməli “verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymazlar”1 riza mərtəbəsinə aid olar və “sənə tam bir itaətlə təslim olarlar”2 bu mərtəbədən yuxarısına aid olar. Çünki Salik təhqiq nəzəri ilə baxsa özünü nə riza həddində görər, nə də təslim. [Özünü bu həddən üstün bilər], çünki hər iki mərhələdə insan özünü Allahın qarşısında qoymuş olur, yə`ni riza mərhələsində o razıdır və Allah ondan razı, təslim mərhələsində o təslim edəndir, Allah qəbul edən. Amma tövhid mərhələsində bu e`tibarlar da aradan qalxır.



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin