ӨвсафүЛ-Әшраф



Yüklə 0,63 Mb.
səhifə44/48
tarix06.01.2022
ölçüsü0,63 Mb.
#112033
1   ...   40   41   42   43   44   45   46   47   48

Dördüncü fəsil

Tövhid


Allah-taala tövhid barəsində buyurur: “Allahla yanaşı başqa tanrı qəbul etmə...”3

“Tövhid” biri demək, biri etməkdir. Birinci mə`nada (danışıqda) tövhid, imanın mə`rifətin başlanğıcına olan şərti və Allahın vəhdaniyyətinin təsdiqi mə`nasındadır. “...Həqiqətən, Allah tək bir tanrıdır...”4

İkinci mə`nada (əməldə) tövhid, imandan sonra hasil olan mə`rifətin kamalıdır, belə ki, əgər bir kəs yəqin etsə ki, Allahdan başqa kimsə vücudu inayət etmir və Allahın inayəti də ayrıca vücud deyil, belə olan yerdə çoxluqdan gözünü çəkər və hamını bir görər və bir bilər. Deməli, nəhayətdə çoxluğun bir vəhdəti olduğuna gəlib çıxar və “Allahın üluhiyyətdə şəriki yoxdur və [Allah] yeganədir” mərtəbəsindən “Allahın vücudda şəriki yoxdur və [Allah] yeganədir” mərtəbəsinə çatar.

Bu mərtəbədə Allahdan sivayı hər bir şey salik üçün hicab olar və Allahdan qeyrisinə nəzər salmağı “mütləq şirk” hesab edər və bu halın dili ilə deyər: “Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!”1



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin