ӨвсафүЛ-Әшраф



Yüklə 0,63 Mb.
səhifə45/48
tarix06.01.2022
ölçüsü0,63 Mb.
#112033
1   ...   40   41   42   43   44   45   46   47   48

Beşinci fəsil

İttihad


Allah-taala ittihad barədə buyurur: “Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı yoxdur...”2

“Tövhid” bir etmək, “ittihad” bir olmaqdır. Orada [tövhid barəsində Allah buyurur]: ”Allahla yanışı başqa tanrı qəbul etmə!” Burada [isə ittihad barəsində Allah buyurur]: “Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə.”

Çünki tövhiddə, [zahirən] riyakarlıq nöqsanı var, amma ittihadda yoxdur.

Deməli, nə vaxt yeganəlik mütləq olsa və insanını zehnində, [özü və Allah arasında] ikililik hiss etməyəcək şəkildə möhkəm yer tutsa, ittihada çatmış olar. İttihad heç də bə`zi dardüşüncəli adamların düşündüyü kimi deyil ki, elə fikirləşirlər ki, ittihad, bəndə ilə Allahın bir olmasıdır: تعالی الله عن ذلک علوا کبیرا

Bəlkə [ittihad] odur ki, hamı onu görür və belə bir riyakarlığa ehtiyacları yoxdur ki, desinlər ki, Ondan qeyri hər nə varsa, Ondandır, deməli hamı birdir. Əslində [ittihadda batini gözlər] Allahın təcəlla nuru ilə aydınlıq tapıb Ondan qeyrisini görmürlər, [belə olan halda] görən, görmək və görüş [məfhumunu itirib] aradan qalxar və hamı bir olar.

Və Hüseyn bin Mənsur Həllacın duasıdır ki deyir: “Mənimlə Sənin aranda, mənim varlığım mənimlə döyüşə qalxmışdır. Ey Allah! Öz lütfünlə mənim bu varlığımı aradan götür.” Duası müstəcab olur; varlığı aradan qalxır ki, nəhayətdə deyə bilsin: “Bu mənəm ki istəyirəm və istədiyim şey də elə mənəm.”

Bu məqamda mə`lum olur ki, o kəs ki, dedi: “Ənəl-həqq” və o kəs ki, dedi: “Pakam mən, mənim şə`nim necə də yüksəkdir” – heç də Allahlıq iddiası etməmişdir, əslində öz varlığının inkarını və özündən qeyrisinin varlığının isbatını iddia etmişdir.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin