Fəna
Allah-taala fəna barəsində buyurur: “Allahdan başqa hər şey məhvə məhkumdur.”1
Vəhdət məqamında salik, süluk, seyr, məqsəd, tələb, talib, mətlub – hamısı aradan qalxar. “Allahdan başqa hər şey məhv olar.”
Bu sözün isbatı və onun bəyanı da olmaz və bu sözün inkarı və onun bəyanının inkarı da olmaz. Çünki isbat və inkar bir-birinin qarşılığıdırlar və ikilik çoxluğun başlanğıcıdır, ona görə də inkarın və isbatın orada mə`nası yoxdur, inkarın inkarı, isbatın isbatı da olmaz, [həmçinin] isbatın inkarı, inkarın isbatı da olmaz.
Buna “fəna” deyərlər ki, məxluqatın mə`adı onların fənası ilə olar, necə ki, onların başlanğıcı yoxluqdan idi: “Sizi (yoxdan) yaratdığı kimi, yenə (o cür də) Onun hüzuruna qayıdacaqsınız!”2
Fənanın mə`nası ilə çoxluğun (kəsrətin) [arasında onları bir-birindən ayıran] bir həddi vardır: “(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.”3 Fəna bu mə`nada da olmaz, dilə gələn, ağla gələn, xəyaldan keçən hər nə varsa, – hamısı (fənada) sona yetər: “Hər bir şey kamil şəkildə Allaha qayıdar.”
و السلام علی من اتبع الهدی و سبحان ربک رب العزة
Son.
Dostları ilə paylaş: |