Beşinci fəsil Səbir
Allah-taala səbir barəsində buyurur: “Səbir edin, çünki Allah səbir edənlərlədir!”
Səbir lüğətdə, xoşagəlməz bir hadisə baş verdiyində insanların qərarsızlıqdan, səbirsizlikdən özünü saxlaya bilməsidir. Səbir edəndə insan qəlbini iztirabdan, dilini şikayətdən, bədən üzvlərini (artıq) hərəkətdən qorumuş olur.
Səbirin növləri
Səbir üç növdür:
1. “Avam səbiri”. Bu, insanların özünü sün`i olaraq, yalandan səbirli göstərməsidir ki, zahirdə camaat, aqillər onu görüb bəyənsin: “Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər.”4
2 – “Zahidlərin, abidlərin, təqvalıların, helm sahiblərinin səbiri” ki, axirət savabına çatmaq xatirinə olar: “Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbir edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!”1
3 – “Ariflərin səbiri.” Ariflərdən bə`ziləri [onlara üz vermiş] acı müsibətlərdən ləzzət alarlar, çünki fikirləşərlər ki, Allah-taala onları bu bəlalara mübtəla etməklə digər bəndələrdən üstün qılmışdır və onlara xüsusi diqqət yetirmişdir: “Səbir edən şəxslərə müjdə ver? O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allaha məxsusuq və (vaxtı gələndə) Onun yanına qayıdacağıq!” deyirlər.”2
Dostları ilə paylaş: |